MD Helicopters MD 500 MD Helicopters şirkəti tərəfindən istehsal olunan ABŞ istehsalı çoxməqsədli helikopterdir. Hughes OH-6 Cayuse helikopterinin əsasında inkişaf etdirilərək 1982-ci ildən xidmətə qəbul edilmişdir. Helikopter 1976-cı ildən istehsal olunur. Hal-hazırda təxminən 4700 ədəd istehsal edilmişdir. İlk uçuşunu 27 fevral 1963-cü ildə həyata keçirmişdir.
MD Helicopters MD 500 | |
---|---|
Tipi | çoxməqsədli helikopter |
İlk uçuş | 1963 |
İstismarçılar | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında mövcuddur.
Ekipajı: 1–2 nəfər
Uzunluğu: 9.4 metr
Sərnişin tutumu: 5 nəfər
Pərinin uzunluğu: 8.03 metr
Hündürlüyü: 2.48 metr
Boş çəkisi: 493 kq
Maksimal yükgötürmə qabiliyyəti: 1157 kq
Motor: 1 x Allison 250-C20 qazturbin mühərriki