MML (proqramlaşdırma dili) — İnsan-maşın proqramlaşdırma dili.[1]
MML |
---|
MML rəqəmli ATS-in idarəedici qurğularının texniki istismarı, sazlanması, yoxlanması və digər şərtlər zamanı operatorla IQ-lər arasında qarşılıqlı əlaqənin yaranmasına xidmət edir (dialoq dili). Bu dil istismar və inzibati mərkəzlərdə, ATS-lərdə, həm yerli, həm də uzaqlaşdırılmış terminallardan aparılan iş üçün istifadə olunur. "Insan-maşın" əlaqə dili yüksək səviyyə dilinin sadələşdirilmiş variantıdır. Bu dilin BTI tərəfindən təklif olunmuş əlifbası vardır.
MML-in çap informasiyası 2 formatda F1 və F2 təqdim olunur. F1 formatında işarələr hər birində 72 işarə olmaqla 66 sətirdə yerləşir. F2 formatında işarələr hər birində 120 işarə olmaqla 66 sətirdə yerləşir.
Işarələr kimi latın əlifbasının böyük və kiçik hərfləri, ərəb rəqəmləri və 5 N-li beynəlxalq koda əsaslanan işarələrdən istifadə olunur.
MML-in köməyilə aşağıdakı funksiyalar həyata keçirilir:
Bu funksiyaların siyahısı BTI Z.318 təklifində verilmişdir.
Insan-maşın dili aşağıdakı xüsusiyyətlərinə görə geniş istifadə olunur: