MOV (İnformatika)

MOV — 1. (metal oxide varistor) elektron avadanlıqları gərginliyin ani sıçrayışından qorumaq üçün istifadə olunan elektron komponent.

2. Assembler dillərinin (ASSEMBLER LANGUAGE) əksəriyyətində "move" komandasının abreviaturu. Arqumentlərin ardıcıllığı dildən asılıdır: Intel prosessorlarında MOV 7,8 komandası 8 qiymətinin 7 yerinə yerləşdirilməsini bildirir; Motorola prosessorlarında isə həmin komanda 7 qiymətinin 8 yerinə yerləşdirilməsini göstərir.

3. QuickTime proqramında filmlər üçün istifadə olunan fayl formatı

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.