MPC — gəlirin istehlaka yönələn hissədidir və istehlaka meyllilik dərəcəsi adlanır. MPC 1-dən kiçik müsbət ədəddir. Misalda bu göstəricini izah edək:
Fərz edək ki, bir şəxsin gəliri 100 manat artdı və o bu məbləğin 40 manatını indi xərcləməyib, yığıma yönəltdi. Qalan 60 manatı isə istehlaka yönəltdi. Demək ki, artan gəlirin istehlaka yönələn hissəsi yəni, MPC 0,6-a bərabərdir[1]