Maşın tərəfindən oxunabilir

Maşın tərəfindən oxunabilir (ing.machine readable, ru. машиночитаемый)- kompüterə, onun giriş verilənləri (məsələn, ştrix-kodlar) kimi interpretasiya və istifadə edə bildiyi formada daxil edilən informasıya. İkilik formada kodlaşdırılmış və münasib daşıyıcıda, məsələn, maqnit lentində saxlanılan informasiyanı təsvir etmək üçün də bu termindən istifadə olunur. Getdikcə, verilənlərin təqdimolunma formatlarının daha geniş diapazonu maşın tərəfindən oxunabilir. Məsələn, əvvəllər kompüterlər ancaq bir standart şrifti oxuya bilirdi, indi isə skaner və simvolların optik tanınması proqram təminatı ilə təchiz olunmuş kompüter istənilən çap mətnini tanımağı öyrənə bilər (əlbəttə, yanlışlıqlar da ola bilər).