Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru, professor.
Maarif Cəfərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Laçın, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsi |
Tanınmış yetirməsi | 2 elmlər namizədi |
Maarif Cəfərov 1960-cı ildə Laçın rayonunda anadan olub.
1967-1977-ci illərdə Minkənd kənd orta məktəbində təhsil alıb.
1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub.
1982-ci ildə keçmiş SSRİ Müdafiə Sənayesi Nazirliyinin Tətbiqi Riyaziyyat İnstitunun Bakı filialında təyinatla mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamış, 1984-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizka İnstitunun Aspiranturasına qəbul olunmuşdur. Aspiranturanı müvəffəqiyyətlə bitirərək, 1989-cu ildə Kiyev Yarımkeçiricilər İnstitutunun aparıcı təşkilatının rəyi ilə namizədlik Dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
1993-cü ilədək Elmi Tədqiqat Fotoelektronika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışan Maarif Cəfərov 1994-cü ilin yanvarında Bakı Dövlət Universitetinin Fizika fakultəsinin nəzdində Bərk cisimlər Elektronikası Elmi-Tədqiqat laboratoriyasına elmi işçi vəzifəsinə qəbul edilmiş, həmin ilin dekabr ayında isə laboratoriyaya müdir vəzifəsinə təyin olunmuşdur.
2007-ci ildə "AIIBVI" tipli birləşmələrin monokristallarında və opnların bərk məhlullarının kimyəvi çökdürülmüş nazik təbəqələrində elektron prosesləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır.[1]
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |