Polşa–Macarıstan münasibətləri — Macarıstan və Polşa arasındakı xarici əlaqələrin kökləri orta əsrlərə gedir. Ənənəvi olaraq iki xalqın yaxın münasibətləri vardır. Onların tarixlərində ortaq hökmdarlar və vahid bir din mövcud olmuşdur. Hər iki ölkə martın 23-də "qardaşlıq" münasibətlərini qeyd edir. Macarıstanın Varşavada bir səfirliyi, Krakovda bir konsulluğu, Lodz və Poznanda iki fəxri konsulluğu vardır. Polşanın Budapeştdə bir səfirliyi mövcuddur. Hər iki ölkə eyni gündə (12 mart 1999-cu il) Avropa İttifaqına qoşulmuşdur. Üstəlik eyni zamanda NATO-nun tamhüquqlu üzvləridir.
Polşa–Macarıstan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Polşa və Macarıstan arasındakı münasibətlər orta əsrlərə gedib çıxır. Polşa və Macarıstan kral ailələrinin nümayəndələri bir-birləri ilə evlənirdilər. Məşhur Macar kralı I Ladislaus yarı polyak olmuşdur. I Böyük Lyudovik 1342-ci ildən Macarıstan və Xorvatiya kralı, 1370-ci ildən 1382-ci ildə ölümünə qədər Polşa kralı olmuşdur. O, Macarıstan və Xorvatiya kralı titulunu atası I Kraldan Anjou-Sicilinin evindən və Polşa kralı titulunu əmisi, Böyük III Kasimir (Piast sülaləsinin sonuncusu) miras alır. Kral Kasimirin qanuni övladları yox idi; yəqin bu səbəbdən sülalə davamlılığını təmin etmək və qeyri-müəyyənliyin qarşısını almaq üçün Polşa taxtını qardaşı oğluna təhvil verir. Onun qızı I Luidovika Polşa kraliçası haxtını miras alaraq, Polşa tarixindəki ən məşhur monarxlardan biri olur. XV əsrdə iki ölkə yenidən qısa müddətə bir monarxın iyirmi yaşlı Kral Vladislav III Varnençikin nəzarəti altında olur. O, Osmanlı İmperiyası ilə döyüşdə vəfat edir. 16-cı əsrdə Polşa əhalisi Macarıstan zadəganı Stefan Batorini öz kralı olaraq seçir.
12 mart 2007-ci ildə macarıstan parlamenti 23 martı olaraq elan etdi. Səsvermədə 324 nəfər lehinə səs verdi. üstəlik heç kəs nə əlehinə səsindən istifadə etmədi, nə də buna etiraz etmədi. Dörd gün sonra Polşa parlamenti akklamasiya ilə 23 martı «Polyak-macar qardaşlığı günü» elan edir[1].
Budapeştdə Polşa Oktyabr İnqilabını dəstəkləyən bir tələbə nümayişi və Macarıstanda oxşar islahatların aparılması 1956-cı il Macarıstan inqilabına səbəb olmuş hadisələrdən biri idi[2]. İnqilab dövründə polyaklar macarlara qan verərək dəstəyini nümayiş etdirdilər. Polşa Qırmızı Xaç Cəmiyyəti hava yolu ilə Macarıstana 44 ton dərman göndərdi. Daha böyük miqdarda yardım avtomobil və dəmir yolu ilə daşındı.