Macarıstan Konstitusiya Məhkəməsi

Macarıstan Respublikası Konstitusiya Məhkəməsi (mac. Magyarország Alkotmánybírósága) — Macarıstan Parlamentinin aktlarına məhkəmə nəzarətini həyata keçirən, Macarıstanın xüsusi məhkəməsi. Budapeştdə yerləşir. 2012-ci ilədək Esterqomda fəaliyyət göstərib.

Macarıstan Konstitusiya Məhkəməsi
  • mac. Magyarország Alkotmánybírósága
Ümumi məlumatlar
Ölkə Macarıstan
Yurisdiksiya Macarıstan
Yaradılma tarixi 19 oktyabr 1989
Baş qərargah
Ünvan Budapeşt
Rəhbərlik
Rəhbər Tamaş Şuyok
(sədr)

Rəsmi saytı alkotmanybirosag.hu — Macarıstan Konstitusiya Məhkəməsinin rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1 sentyabr 2011-ci ildən Konstitusiya Məhkəməsi 15 hakimdən ibarətdir (əvvəllər 11 hakimdən ibarət olub). Məhkəmənin üzvləri daha sonra gizli səsvermə ilə öz üzvləri sırasından Məhkəmənin sədrini seçirlər. Sədr tərəfindən təyin edilən bir və ya iki sədr müavini hər hansı səbəbdən sədr olmadıqda onu əvəz edirlər. Konstitusiya məhkəməsi qanunların konstitusiyaya uyğunluğuna dair qərarlar qəbul edir; bu qərarlardan şikayət edilə bilməz. Konstitusiya Məhkəməsi konstitusiyanın qorunması ilə bağlı fəaliyyət göstərən başlıca orqandır. Onun vəzifəsi qanunların konstitusiyaya uyğunluğunu nəzərdən keçirmək, konstitusional qaydanı və konstitusiya ilə zəmanət verilmiş əsas hüquq və azadlıqları qorumaqdır. Konstitusiya Məhkəməsi öz funksiyalarını müstəqil icra edir. Öz büdcəsi və Parlament tərəfindən seçilmiş hakimləri ilə Konstitusiya Məhkəməsi adi məhkəmə sisteminin bir hissəsini təşkil etmir.

19 oktyabr 1989-cu ildə Macarıstan parlamenti Konstitusiya məhkəməsinin yaradılması haqqında qərar qəbul etmişdir. Halbuki onun təşkilatlanması və səlahiyyətləri daha əvvəl siyasi sistemin demokratik transformasiyasını hazırlayan üçtərəfli siyasi dəyirmi masa müzakirələri çərçivəsində müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi haqqında başlıca müddəalar 1989-cu ilin oktyabrında Parlament tərəfindən Konstitusiyaya düzəliş etmək yolu ilə qəbul edildi (Maddə 32/A). Məhkəmə hüququn aliliyini təmin edən dövlətin qurulması və konstitusional qaydanı və konstitusiya ilə zəmanət verilmiş əsas hüquq və azadlıqları qorumaq məqsədilə yaradılmışdı. Konstitusiya Məhkəməsi haqqında 32 nömrəli Akt Parlament tərəfindən 19 oktyabr 1989-cu ildə qəbul edildi və Məhkəmə öz işinə 1 yanvar 1990-cı ildə başladı.

2011-ci il Konstitusiyası ilə edilən dəyişikliklər

[redaktə | mənbəni redaktə et]

Konstitusiyanın 24-cü maddəsi "Konstitusiya Məhkəməsi" adlanır. Buna əsasən, Konstitusiya Məhkəməsi konstitusional müdafiəni həyata keçirən əsas orqandır.

O, aşağıdakı aktların konstitusiyaya uyğunluğunu yoxlayır:

  • qəbul edilmiş, lakin hələ dərc edilməmiş qanunların;
  • konkret iş üzrə hakimin sorğusu əsasında qanunvericiliyin;
  • konstitusional şikayət əsasında konkret iş üzrə tətbiq edilmiş qanunvericiliyin və ya məhkəmə qərarının;
  • hökumətin və ya parlament üzvlərinin dörddə bir hissəsinin təşəbbüsü ilə qanunların.

Konstitusiya Məhkəməsi qanunvericiliyin beynəlxalq müqavilələrlə ziddiyyəti məsələsini gözdən keçirir və beynəlxalq müqavilələrə zidd olan qanunları və hüquq normalarını ləğv edir. O, Konstitusiyada və ali hüquqi qüvvəyə malik qanunlarda müəyyən edilmiş digər səlahiyyətləri icra edir. Konstitusiya Məhkəməsi konstitusiyaya zidd hesab etdiyi qanunları, digər hüquq normalarını və məhkəmə qərarlarını ləğv edir.

Konstitusiya Məhkəməsi dövlət büdcəsi və onun tətbiqi, mərkəzi vergilər, güzəştlər və gömrük rüsumları, pensiya və səhiyyə xidmətləri, habelə yerli vergilər haqqında qanunların konstitusiyaya uyğunluğunu yalnız ərizə müstəsna olaraq yaşamaq hüququ və insan ləyaqəti, şəxsi məlumatların qorunması hüququ, fikir, vicdan və din azadlığına və ya Macarıstan vətəndaşlığı ilə əlaqədar hüquqlara istinad etdikdə; və qanunun qəbul edilməsi və açıqlanması üçün müəyyən edilmiş şərtləri ödəmədikdə nəzərdən keçirir.

Konstitusiya Məhkəməsi parlament üzvlərinin üçdə iki səs çoxluğu ilə on iki il müddətinə parlament tərəfindən seçilmiş 15 üzvdən ibarətdir. Parlament üzvlərinin üçdə iki səs çoxluğu ilə məhkəmənin sədri seçilir. Sədrin səlahiyyət müddəti hakimin səlahiyyət müddəti ilə məhdudlaşır. Konstitusiya Məhkəməsinin üzvləri siyasi partiyaya üzv ola bilməz və hər hansı siyasi fəaliyyətlə məşğul ola bilməzlər.

  • Laslo Şoyom (1 iyul 1990 – 24 noyabr 1998)
  • Yanoş Nimet (24 noyabr 1998 – 31 iyul 2003)
  • Andraş Hollo (1 avqust 2003 – 12 noyabr 2005)
  • Mihay Bihari (12 noyabr 2005 – 2 iyul 2008)
  • Piter Patsolay (3 iyul 2008 – 24 fevral 2015)
  • Barnabaş Lenkoviç (25 fevral 2015 – 21 aprel 2016)
  • Tamaş Şuyok (21 aprel 2016 –)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Alkotmánybíróság | Impresszum.