Macar mətbəxi

Macarıstan mətbəxi — Macarıstan mətbəxi öz yeməkləri ilə məşhurdur. Macarıstan mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Macarıstan mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır[1][2][3].

Ədviyyatlı Macarıstan mətbəxi şübhəsiz ki, istiotun istifadəsi ilə məşhurdur. Macarıstan mətbəxi yüngül və ya incə mətbəxlərə aid olmadığına baxmayaraq, onun bütün dünyada öz həvəskarları var[4].

Müxtəlif bibərlər, soğan, sarımsaq və pomidor, və xörəklərin əksəriyyətində çoxlu miqdarda istifadə olunan istyuyudülmüş istiot Macarıstan mətbəxinə füsunkarlıq və ləzzətli dad bəxş edən inqrediyentlərdən bir neçəsidir. Tərəvəzlər ilk növbədə Müxtəlif bibər növləri, kələm, pomidor, soğan və kartof Macarıstan xörəklərinin səciyyəvi və vacib inqrediyentləridir. Cürbəcür qidalı şorbalarda yuxarıda sadalanan tərəvəzlərin hamısından istifadə olunur; həzm prosesini və maddələr mübadiləsini yaxşılaşdirdığı üçün onlardan əsas yeməklərdə də mütləq istifadə olunur. Günəş ətirli istiot bügün çox populyar olan istiot Macarlar tərəfindən hər zaman yüksək qiymətləndirilmirdi. 19-cu əsrə aid aşpazlıq kitablarında bu ədviyyat qeyd olunmur. Türk işğalı zamanı bibərlərin yetiştirilməsi və istifadə olunması Macarıstanda çox populyar oldu. Əvvəlcə bibərlər o vaxt çətin tapılan üyüdülmüş istiotun əvəzinə istifadə olunurdu. Hal hazırda şirin və açı istiot Macarıstan mətbəxində çox populyardır. Burada hər cür rəngli və müxtəlif növlü xüsusi ətirə malik olan istiotlardan var[5].

Faydalı şorbalar

[redaktə | mənbəni redaktə et]

Macarıstan mətbəxinə məxsus olan bir çox şorbaların arasında başqa ölkələrin qurmanları tərəfindən də çox sevilən bográcsgulyás adlanan qulyaş şorbası və halászlé – balıq şorbası var. Qulyaş şorbası ev şəraitində – gulyásleves, və tonqalın üzərində asılan xüsusi qazançada – bográcsgulyás hazırlana bilər. Bu xörəyin adı “tonqalın üzərində xörək bişirmək üçün qazança” mənasını verən “bogrács” sözündən əmələ gəlib. Bu şorbanın tarixi keçmişdə köçəri çobanlar evlərindən uzaqda sərt şəraitdə qidalı xörək hazırlamalı olduğundan öz başlanğıcını götürür. “Bogracs” pörtlənmiş tərəvəzlər və ətdən hazırlanan xörək deməkdir. Macarıstanın müxtəlif reqionlarında o, xüsusi dada malik olan müxtəlif üsullarla hazırlanır. Şorbaya inqrediyentlərin əlavə olunma ardıcıllığı və həmçinin onların doğranma üsulu oldüqca böyük əhəmiyyət kəsb edir. Qazançalar hələ də Macarlar tərəfindən istifadə olunur və hər bir aşpaz xörəyin hazırlama reseptini qizli saxlayır[6].

Başqa xörəklər

[redaktə | mənbəni redaktə et]

Macarıstan mətbəxində istifadə olunan başqa xörəklər Macarıstan mətbəxi üçün başqa səciyyəvi yeməklər “lecsó” – ətlə qarnir kimi verilən pörtlənmiş tərəvəzlər, qulyaş və şorbalarda istifadə olunan “csipetke” klyotekləri, və ya “lángos” – xama, sarımsaq və ya pendirlə verilən yağda qızardılmış kartof blinçikləri. Çörək (xüsusilə buğda unundan hazırlanan) Macarıstan süfrələrində çox vacib olan bir məhsuldur. Buğda unundan hazırlanmış ‘kenyér’ çörəyi və ya ‘zsemle’ bulkaları adətən şorba və ya qulyaş ilə verilir. Blinçiklərdən başqa, desert üçün Macarlar meyvəli ruletlər və yaxud içi pendirli, xaş-xaşlı və ya qozlu ştrudellərdən süfrəyə verir[7].

Heydər Əliyev fondu və Mehriban Əliyevanın dəstəyi ilə "Azərbaycan–Macarıstan mətbəxi" kitabının təqdimatı olub. Kitabın nəşri iki ölkə arasında olan dostluq əlaqələrini genişləndirəcəkdir[8][9][10][11].

Ət yeməkləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi yeməkləri

[redaktə | mənbəni redaktə et]
  1. June Meyers Authentic Hungarian Heirloom Recipes Cookbook
  2. Gundel's Hungarian Cookbook, Karoly Gundel.
  3. A magyar konyha története Arxiv surəti 19 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine
  4. "Hotdog.magazin". 2009-11-21 tarixində orijinalından arxivləşdirilib.
  5. "Gourmandnet". 2009-06-04 tarixində orijinalından arxivləşdirilib.
  6. "Hungarian Cuisine, History, Gastronomy, Legend, Memoires, Recipes and Lore". 2010-11-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  7. "health-family". 2009-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  8. "Arxivlənmiş surət". 2015-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  9. "Arxivlənmiş surət". 2017-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  10. "Arxivlənmiş surət". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  11. "Arxivlənmiş surət". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]