Madelayn Montano

Madelayn Montano (6 yanvar 1983) — voleybolçu.

Madelayn Montano
Şəxsi məlumatlar
Tam adı Madelaynne Montano Caicedo
Doğum tarixi (41 yaş)
Doğum yeri Kolumbiya Tulua Kolumbiya
Vətəndaşlığı Kolumbiya Kolumbiya
Voleybolçu məlumatları
Boyu 185 sm
Çəkisi 68 kq
Zərbəsi 330 sm
Bloku 310 sm
Mövqeyi Hücumçu
Karyerası
Komandası Türkiyə Fənərbaxça
Nömrəsi 7
Milli komanda karyerası
2011 Kolumbiya Kolumbiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Məktəbli vaxtlarında basketbolla maraqlansa da sonradan voleybolla məşğul olur. 1996-cı ilə qədər uşaq yığmasında oynayır. Əvvəlcə 2 il ölkəsinin çempionatında forma geyir. Daha sonra Argentinanın "San Fernando de Katamarka" klubuna transfer olur. Bir il burda oynadıqdan sonra təhsilini davam etdirmək qərarına gəlir. 17 yaşında Mayami kolleclərinin birində hərbi psixologiya üzrə təhsil alır. Kollecdə oxuduğu müddətdə həm də voleybol oynamağa davam edir. Əksər ABŞ voleybolçularının yetişdiyi "Amerika Kolleclər arası Çempionat"ın 2002-ci ildə qalibi olur. Təhsilini başa vurduqdan sonra o, Yunanıstanın "Aris Saloniki" klubundan təklif alır. 2 illik müqavilə bağlayır və oynadığı 1-ci mövsümdə liqanın 3-cüsü olur. Növbəti 2005/2006-cı il mövsümündən sonra Madelayn ana olmaq qərarına gəlir. Və 2 illik voleyboldan uzaqlaşır. 2008-ci ildə karyerasına geri qayıdan voleybolçu bu dəfə Yunanıstanın "İraklis" klubunda oynayır. 2009-cu ildə Cənubi Koreyadan təklif alır və "KT&G Daejeon" klubuna transfer olunur. Koreyada karyerasının yüksəliş dövrü başlayır. 2011-ci ildə bir oyunda 53 xal yığmaqla dünya rekorduna imza atır. Bundan sonra Kolumbiya Millisinə dəvət alır. Daha sonra öz rekordundan 1 xal artıq 54 xal toplamaqla yenidən diqqət mərkəzinə düşür (Hazırkı dünya rekordu 55 xaldır). Avropanın ən güclü çempionatlarından təklif alan Montano üstünlüyü Rabitə Bakıya verərək 2012-ci ildə 1 illik müqavilə imzalayır. 2013-cü ildə Türkiyənin Qalatasaray Daikin klubuna transfer olunur. Mövsümün ortasında hepatit virusu aşkarlanır və o bir neçə aylıq fasilə verməli olur. Mövsüm sonunda yenidən meydana qayıdan Made növbəti il üçün seçimini Fənərbaxçadan yana edir. 1 oğlu var.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Boy: 185 sm
  • Çəki: 68 kq
  • Mövqe: Hücumçu
  • Blok yüksəkliyi: 310 sm
  • Hücum yüksəkliyi: 338 sm
  • Nömrə: 7

Oynadığı klublar

[redaktə | mənbəni redaktə et]
Tarix Ölkə Klub
1998-1999 Argentina San Fernando de Katamarka
2004-2006 Yunanıstan Aris Saloniki
2008-2009 Yunanıstan İraklis Saloniki
2009-2012 Cənubi Koreya KT&G Daejeon
2012-2013 Azərbaycan Rabitə Bakı
2013-2014 Türkiyə Qalatasaray Daikin
2014- Türkiyə Fənərbaxça
  • NJCAA Milli Çempionatı - 1-ci yer (Mayami Dade Kolleci), 2002
  • Yunanıstan Liqası - 3-cü yer (Aris Saloniki), 2004/05
  • Cənubi Koreya V-Liqası - 1-ci yer (KT&G Daejeon) 2009/10
  • FIVB Dünya Klublararası Çempionat - 2-ci yer (Rabitə Bakı), 2012
  • Çempionlar Liqası - 2-ci yer (Rabitə Bakı), 2013
  • Azərbaycan Superliqası - 1-ci yer (Rabitə Bakı), 2013

Şəxsi mükafatları

[redaktə | mənbəni redaktə et]
  • MVP (Ən dəyərli oyunçu) - Cənubi Koreya V-Liqa (2009/10)
  • Ən məhsuldar - Cənubi Amerika Çempionatı (2011)
  • Ən məhsuldar - Cənubi Amerika Olimpiyadaya təsnifat turniri (2012)
  • Ən məhsuldar - Çempionlar Liqası (2012/13)
  • MVP (Ən dəyərli oyunçu) - Azərbaycan Superliqası (2012/2013)