Madeyra (port. madeira — ağac parçası) — Atlantik okeanında, Portuqaliyadan 1000 kilometr, Afrikadan 500 kilometr məsafədə olan Portuqaliyaya məxsus ada.
Arxipelaq iki məskunlaşmış: Madeyra və Portu-Santu və iki az məskunlaşmış Desertaş adası və Selvenş adasından ibatərdir. Son iki ada köç edən quşların dayanacaq yeridir.
Madeyra Portuqaliya dənizçiləri tərəfindən 1418 və 1420-ci illər arasında kəşf edilmişdir. Adalar 1807–1814-cü illər arasında Böyük Britaniyanın nəzarətində olmuşdur.[1]
Ada ilboyu turizm üçün ideal yer sayılır, o məşhur Madeyra şərabı, gülləri və ilboyu mülayim iqlimi ilə tanınır[2] (temperatur 16 °C – 25 °C).
Funşal adasındakı port Avropanın kruiz gəmilərinin dayanacaq yeridir.