Madeyra çayı

МadeyraCənubi Amerika ərazisindən axan, Amazon çayının iri qollarından biri.

Madeyra çayı
isp. Rio_Madeira; port. Madeira
Ölkələr
Şəhər
Mənbəyi Mamore çayı, Beni çayı
 • Yüksəkliyi 119 m
Mənsəbi Amazon çayı
Uzunluğu 3230 km
Su sərfi 31.200 m³/s[1]
Su hövzəsi Atlantik okeanı
Hövzəsinin sahəsi 1158000 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çay Mamore çayıBeni çayının birləşməsindən əmələ gələrək BoliviyaBraziliya sərhəddindən başlayaraq axır. Ümumilikdə 100 km məsafədə sərhədi təşkil edir. Sonradan şimal-şərqdən Braziliyanın Rondoniya və Amazonas ştatları ərazisinə axır. Çayın uzunluğu 3230 km, hövzəsinin sahəsi 1158 min km² təşkil edir.

Mövsümdən asılı olaraq 12 m dərinliyə malik ola bilər. Bolsulu olduğu dövr oktyabrdan mayda qədərdir. Çayın adı madeira sözü portuqalcadan tərcümədə ağac mənasını verir. Belə ki, çay Amazon cəngəlliklərindən axır.

Gəmiçilik limanları: Portu-Velyu. Çay kənarında yerləşən şəhərlər: Portu-Velyu, Umayta, Manikore.

Madeyra çayında Amazon delfini yayılmışdır.

2007-ci ilin iyulunda Braziliya hökuməti Madeyra çayı üzərində iki SES (Santu-Antoniu və Jirau) tipintisinin planlaşdırdığını elan etmişdir[2].

  1. https://www.portalbrasil.net/brasil_hidrografia.htm.
  2. "Braziliya Madeyra üzərində SES tikir". 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-05.