Mahabharata

Mahabharata (Sanskrit — Mahābhārata महाभारत) — qədim Hindistanın Sanskrit dilində yazılmış iki əsas eposundan biridir. Digər dastan isə "Ramayana"dır. Kurukşetra müharibəsi, həmçinin KauravasPandava şahzadələrinin talelərindən bəhs edən epik hekayələrlə yanaşı, Mahabharatada "həyatın 4 məqsədi"nin müzakirəsi və ya puruşartas kimi fəlsəfi və dini materiallar da çoxdur. Mahabharatanın bir hissəsi olan əsas hekayələr və əsərlər arasında Bhaqavad-Gita, Damayantinin hekayəsi, Ramayananın qısaldılmış versiyası və Rişyasrinqa öz-özlüklərində çox dəyərli əsərlərdir. Mahabharatanın müəllifi Vyasa hesab olunur. Onun tarixi inkişafını və quruluş hissələrini açmaq üçün bir çox cəhdlər edilmişdir. Mətnin qorunub saxlanılmış ən qədim hissələri təqribən e.ə 400-cü illərdən daha qədim deyildir. Lakin, hekayənin mənşəyi e.ə. 8–9-cu əsrlərə təsadüf edir. Mətn öz son formasını erkən Qupta dövründə (bizim eranın 4-cü əsrində) almışdır. Mətnin adı "Bharata sülaləsinin böyük hekayəsi" kimi tərcümə edilə bilər. Mahabharatada qeyd olunur ki, epos "Bharata" adlanan 24.000 misradan genişlənərək indiki böyük formasını almışdır. Mahabharata ən uzun Sanskrit eposudur. Onun ən uzun versiyası 100.000 şloka və ya 200.000-dən çox misradan (hər şloka bir beytdir) və uzun nəsr hissəsindən ibarətdir. Mahabharata ümumiyyətlə 1.8 milyon sözdən ibarət olaraq "İliada" və "Odisseya"dan birlikdə təqribən on dəfə və ya Ramayanadan dörd dəfə uzundur. V. C. Conson Mahabharatanın vacibliyini dünya sivilizasiyasındakı İncil, Şekspirin, Homerin əsərləri, yunan dramları və ya Quranla müqayisə edir.

Mahabharata
sanskr. महाभारतम्
Janr epos
Orijinal dili sanskrit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Epos müdrik Vyasaya aid edilir. O, həm də eposun əsas qəhrəmanıdır. Mahabharatanın ilk bölümündə deyilir ki, tanrı Ganeşa Vyasanın təklifi və diktəsi ilə mətni yazmışdır. Ganeşa bu mətni bir şərtlə yazmağı qəbul edib ki, Vyasa heç vaxt dayanmasın. Vyasa da bu təkliflə razılaşıb. Epos Hindistanın bir çox dini və qeyri-dini əsərləri üçün məşhur olan hekayə içində hekayə strukturunda yazılıb. Əsər Vyasanın ardıcılı müdrik Vaisampayana tərəfindən Pandava şahzadəsi Arjunanın nəticəsi kral Canamecaya üçün oxunub. Vaisampayananın Canamecaya üçün danışdığı əsəri yenidən peşəkar hekayə söyləyən Ugrasrava Sauti çox illər sonra Naimişa meşəsində kral Saunaka Kulapati üçün 12 il qurban verən müdriklər toplantısında söyləmişdir. Mahabharatanın əsas hissəsi olan "Caya" Quru kralı Dhritaraştra və onun məsləhətçisi və sürücüsü Sancaya arasında dialoq şəklində formalaşdırılıb. Sancaya 18 günlük Kurukşetra müharibəsinin hər bir hadisəsinin necə və nə zaman baş verdiyini nəql edib. Dhritaraştra bəzən suallar verir, şübhə içində qalır, bəzən də müharibənin oğlanlarına, dostlarına və qohumlarına məhvedici təsirinə görə için-için sızlayır. O, həmçinin bütün Hindistan yarımadasını məhvə gətirən bu müharibədə öz roluna görə də özünü günahkar hiss eliyir. Başlanğıcda Sancaya yer kürəsinin müxtəlif materiklərinin, digər planetlərin təsvirini verir. Daha sonra Hindistanın üzərinə gələrək qədim Hindistan yarımadasının yüzlərlə krallığı, qəbiləsi, əyaləti, şəhərləri, kəndləri, dağları, meşələri və s.in dəqiq siyahısını verir. O, həmçinin hər iki tərəfin hərbi qayda-qanunu mənimsəməsi, hər bir qəhrəmanın ölümü və hər bir savaş yarışının detalları haqqında izah verir. Vyasanın bəhs etdiyi Caya hissəsinin 18 fəsli Hindusların müqəddəs kitabı Bhaqavad-Qitanı təşkil edir. Buna görə də Vyasanın Caya adlanan bu əsəri coğrafiya, tarix, müharibə, din və mənəviyyat kimi müxtəlif mövzulardan bəhs edir.

18 parva və ya kitab

[redaktə | mənbəni redaktə et]

18 parvanın bölgüsü aşağıdakı kimidir:

Parva Başlıq Yarımparvalar Məzmun
1 Adi parva (Başlanğıc kitab) 1–19 Mahabharatanın Taksasilada Vaişampayana tərəfindən nəql edildikdən sonra, Naimişaranyada rişilərin toplantısında Sauti tərəfindən nəql edilməsi. Quru şahzadələrinin doğulması və erkən həyatı kimi Bharata və Bhriqu yarışlarının tarixi və geneologiyası xatırlanır.
2 Sabha Parva (Toplantı Otağı kitabı) 20–28 Maya Danava İndraprastada bir saray və məhkəmə (sabha) ucaldır. Məhkəmədəki həyat, nərd oyunu, Pandavaların son sürgünü.
3 Vana Parva, həmçinin Aranyaka Parva (Meşə kitabı) 29–44 Meşədə (aranya) 12 illik sürgün həyatı.
4 Virata Parva (Virata kitabı) 45–48 Virata məhkəməsində gizli ad altında keçən il
5 Udyoqa Parva (Cəhd kitabı) 49–59 Müharibəyə hazırlıq; Qurular və Pandavalar arasında uğursuzluqla nəticələnən sülh yaratmaq cəhdləri
6 Bhişma Parva (Bhişma kitabı) 60–64 Kauravasların komandiri Bhişma ilə böyük döyüşün birinci hissəsi və Bhişmanın oxların yatağına düşməsi
7 Drona Parva (Drona kitabı) 65–72 Döyüş komandir Drona ilə davam edir. Bu, müharibənin əsas kitabıdır. Kitabın sonuna qədər böyük sərkərdələrin əksəriyyəti ölür.
8 Karna Parva (Karna kitabı) 73 Komandir Karnanın başçılığı altında döyüş
9 Şalya Parva (Şalya kitabı) 74–77 Komandir Şalya ilə döyüşün son günü. Balaramanın Sarasvati çayının keçidinə səfəri detallarıyla; Bhima və Duryodhana arasında toppuz döyüşü. Bhima Duryodhananı toppuzla vurub öldürərək müharibəyə son verir.
10 Sauptika Parva (Yatmış cəngavərlər kitabı) 78–80 Aşvattama, Kripa və Kritavarma yerdə qalan Pandava ordusunu yatmış vəziyyətdə məhv edir. Pandava tərəfdən yalnız 7, Kaurava tərəfdən 3 cəngavər sağ qalır.
11 Stri Parva (Qadınlar kitabı) 81–85 Qandhari, Kunti və Quruların, Pandavaların qadınları ölülər üçün ahu-zar edib ağlayırlar.
12 Şanti Parva (Sülh kitabı) 86–88 Hastinapuranın kralı olmaq münasibətilə Yudhistiranın tacqoyma mərasimi və cəmiyyət, iqtisadiyyat və siyasət üçün yeni təyin olunmuş krala Bhişma tərəfindən təlimatlar. Bu, Mahabharatanın ən böyük kitabıdır.
13 Anuşasana Parva (Təlimatlar kitabı) 89–90 Bhişmanın son təlimatları
14 Aşvamedika Parva (At qurbanı kitabı) 91–92 Yudhistiranın keçirdiyi Aşvameda mərasimi. Arjunanın dünyanı fəth etməsi.
15 Aşramavasika Parka 93–95 Himalayda bir məskəndə yaşayan Dhritaraştra, Qandhari və Kuntinin meşə yanğınında ölmələri. Vidura onlardan öncə ölür. Sancaya Dhritaraştranın təklifi ilə Himalayda daha yüksəkdə yaşamağa gedir.
16 Mausala Parva (Klublar kitabı) 96 Yadavaslar arasında daxili toppuz savaşları və onların məhvi
17 Mahaprastanika parva (Böyük səyahət kitabı) 97 Yudhisthira və qardaşlarının bütün ölkə ərazisinə böyük səyahəti və nəhayət Himalay dağına çıxmaları. Yudhisthiradan başqa bütün Pandavalar yıxılırlar
18 Svarqarohana Parva (Cənnətə qalxma kitabı) 98 Yudhisthiranın son sınağı və Pandavaların mənəvi dünyaya qayıtmaları

xila Harivamsa Parva (Harinin geneologiyası kitabı) || 99–100 || Bu, 18 kitaba əlavədir və Krişnanın həyatının Mahabharatanın 18 parvasında göstərilməyən hissələrini əhatə edir.

Eposun əsasında iki əmi oğulları qrupu – beş Pandav (hökmdar Pandu və arvadı Kuntinin övladları) və yüz Kaurava (hökmdar Dxritaraştra və arvadı Qandxarinin övladları)- arasındakı nifaq dayanır. Həm Pandavlar, həm də Kauravlar Ay sülaləsinin Quru adında qədim hökmdarının nəslindəndirlər. Münaqişə Dxritaraştranın böyük oğlu hiyləgər və hakimiyyəti sevən Durodxan tərəfindən başlamışdır. Onda hələ cavan yaşlarından hakimiyyətə tamahkar olduğundan cinayətkar niyyətləri yaranmışdı. Yaşlı hökmdar ilahi müdriklərin, məsləhətçilərin və qohumların ittihamlarına baxmayaraq övladının əməllərinə göz yumurdu. Nəticədə də münaqişə qızışır və bir neçə ildən sonra müqəddəs Kurukşetra vadisində on səkkiz günlük qanlı döyüşdə kulminasiya nöqtəsinə çatır. Sülalə konfliktində əsl təsirli səhnə Pandavların qardaşı, ən qüvvətli sərkərdə Karnanın gizlin olaraq Kauravlar tərəfdə döyüşməsi olur. Pandavlar və Kauravlar arasındakı müharibənin mifoloji əsası var. Allahların planına görə Kurukşetra vadisində Kauravlarda meydana gələn demon – danavlar məhv olmalıdır. Məhz sülalə konfliktini başlatmaq üçün Şiva tərəfindən danavlar üçün Durodxan yaradılmışdır. Bundan başqa, qurbangahdan Draupadi möcüzəli formada doğulmuşdur. Tanrıların düşüncəsinə görə xüsusi rolu Karne oynayır. Eposu anladan Vyasanın sözlərinə görə Surinin oğlu Karna yerdə nifaq yaratmaq üçün meydana çıxıb. Birinci kitabda Pandavlar səltənətin yarısını miras alaraq böyük və çiçəklənən bir imperiya yaradırlar. Ikinci kitabda Pandavlar bu səltənəti sümüklə olan ritual oyunda Kauravlara uduzurlar və on üç illik qovulmaya məruz qalırlar (3, 4-cü kitablar). 5-ci kitab bütünlükdə konflikti uğursuzluqla nəticələnən diplomatik yollarla həll etməyə həsr olunub. 6–10-cu kitablar döyüş səhnələrindən bəhs edir. 11-ci kitabda isə məhv olmuş qəhrəmanlar üçün göz yaşı tökülür. Döyüşdən əvvəl Pandavların ortancıl oğlu Arcun qan qohumlarının ölümündə iştirak etməkdən imtina edir. Lakin onun arabaçısı olan Krişna məşhur "Bhaqavad-Qita" moizəsində qəhrəmanın etik şübhələrini dəf edir. Kurukşetradakı böyük döyüş Kali-Yuqinin başlanğıcını – insanlıq tarixinin cari dövrünün dördüncü və sonuncu ən pis erasını özündə ifadə edir. Döyüşdə Krişna tərəfindən dəstəklənən Pandavlar qalib gəldilər, lakin qələbəyə görə dəfələrlə məkrli hiylələrə əl atmışlar (onların babası Bxişmanı, müəllimi Dronanı, qohumları Bxurişravası, qardaşı Karnanı və s.-i öldürmüşlər). Bütün Kauravlar və oğulları döyüş meydanında məhv olmuşdular (Pandavların tərəfinə keçən ögey qardaşları Yuyutsudan başqa), lakin qalib gələn Pandavlar da bütün oğullarını və qohumlarını itirmişdilər. Qələbədən sonra Pandava kralı Yudxiştxira tökülən qanlardan peşman olaraq krallığını tərk etmək və meşəyə çəkilərək rahib həyatı yaşamaq istəyirdi. Amma müdriklər və qohumları onu inandırdılar ki, o öz kral vəzifəsini yerinə yetirməlidir (12–13-cü kitablar). Bununla da o, qohumlarını və dostlarını tələf etdiyinə görə özünü hər zaman günahlandıra-günahlandıra 36 il hakimiyyətini sürdürdü. Ilk 15 ili Yudxiştxira səltənəti keçmiş kralın yolunu davam etdirərək və rəsmi olaraq onun aliliyini tanıyaraq idarə edir. Son 20 ili isə Yudxiştxira səltənəti müstəqil surətdə idarə edir. Ömrünün son illərində Pandavlar səltənəti tərk edir və Himalaya yola düşürlər, yolda isə dünyalarını dəyişir və səmaya aparılırlar. "Mahabharata"nın əsas epik qəhrəmanını Karna hesab etmək lazımdır. Krişnanın fikrinə görə Karnanın iştirakı olmasaydı Kurukşetradakı döyüş baş tuta bilməzdi. Bundan başqa, onun həlakı ilə Kurukşetrada Kauravların məğlubiyyəti qaçılmaz olur, həmçinin Dvapara-Yuqa qurtarır və kosmik kataklizmaların müşayiət etdiyi Kali-yuqa başlayır. Karnanın ölümünün təsvirinə ilahi Krişna da daxil olmaqla digərlərinin ölümündən daha çox yer ayrılır. Onun yasında isə Pandavlar və Kauravların düşmənçiliyinin əsas döyüş hissəsi başa çatır. Mədəni təsir "Bhaqavad-Qita"da Krişna Arcunaya cəngavər və şahzadə kimi vəzifələrini və müxtəlif Yoqa və Veda fəlsəfələrini nümunələr əsasında detallarla izah edir. Buna görə də "Gita" Hindu fəlsəfəsinə və insanın həyatda özünüidarəsinə bələdçi kimi hesab olunur. Müasir dövrdə Svami Vivekananda, Bal Qanqadhar Tilak, Mahatma Qandi və bir çoxları Hindistan müstəqillik hərəkatını ruhlandırmaq üçün bu mətndən istifadə ediblər.

  • Badrinath, Chaturvedi. The Mahabharata : An Inquiry in the Human Condition, New Delhi, Orient Longman (2006)
  • Bandyopadhyaya, Jayantanuja (2008). Class and Religion in Ancient India. Anthem Press.
  • Basham, A. L. The Wonder That Was India: A Survey of the Culture of the Indian Sub-Continent Before The Coming of the Muslims. New York: Grove Press. 1954.
  • Bhasin, R. V. "Mahabharata" published by National Publications, India, 2007.
  • J. Brockington. The Sanskrit Epics, Leiden (1998).
  • Buitenen, Johannes Adrianus Bernardus (1978). The Mahābhārata. 3 volumes (translation / publication incomplete due to his death). University of Chicago Press.
  • Chaitanya, Krishna (K. K. Nair). The Mahabharata, A Literary Study, Clarion Books, New Delhi 1985.
  • Gupta, S. P. and Ramachandran, K. S. (ed.). Mahabharata: myth and reality. Agam Prakashan, New Delhi 1976.
  • Hiltebeitel, Alf. The Ritual of Battle, Krishna in the Mahabharata, SUNY Press, New York 1990.
  • Hopkins, E. W. The Great Epic of India, New York (1901).
  • Jyotirmayananda, Swami. Mysticism of the Mahabharata, Yoga Research Foundation, Miami 1993.
  • Katz, Ruth Cecily Arjuna in the Mahabharata, University of South Carolina Press, Columbia 1989.
  • Keay, John. India: A History. Grove Press. 2000. ISBN 0-8021-3797-0.
  • Majumdar, R. C. (general editor). The History and Culture of the Indian People: (Volume 1) The Vedic Age. London: George Allen & Unwin Ltd. 1951.
  • Lerner, Paule. Astrological Key in Mahabharata, David White (trans.) Motilal Banarsidass, New Delhi 1988.
  • Mallory, J. P (2005). In Search of the Indo-Europeans. Thames & Hudson. ISBN 0-500-27616-1
  • Mehta, M. The problem of the double introduction to the Mahabharata, JAOS 93 (1973), 547–550.
  • Minkowski, C. Z. Janamehayas Sattra and Ritual Structure, JAOS 109 (1989), 410–420.
  • Minkowski, C. Z. 'Snakes, Sattras and the Mahabharata', in: Essays on the Mahabharata, ed. A. Sharma, Leiden (1991), 384–400.
  • Oldenberg, Hermann. Zur Geschichte der Altindischen Prosa, Berlin (1917)
  • Oberlies, Th. 'The Counsels of the Seer Narada: Ritual on and under the Surface of the Mahabharata', in: New methods in the research of epic (ed. H. L. C. Tristram), Freiburg (1998).
  • Oldenberg, H. Das Mahabharata, Göttingen (1922).
  • Pāṇini. Ashtādhyāyī. Book 4. Translated by Chandra Vasu. Benares, 1896.
  • Pargiter, F. E. Ancient Indian Historical Tradition, London 1922. Repr. Motilal Banarsidass 1997.
  • Sattar, Arshia (transl.). The Rāmāyaṇa by Vālmīki. Viking. 1996. səh. 696. ISBN 978-0-14-029866-6.
  • Sukthankar, Vishnu S. and Shrimant Balasaheb Pant Pratinidhi (1933). The Mahabharata: for the first time critically edited. Bhandarkar Oriental Research Institute.
  • Sullivan, Bruce M. Seer of the Fifth Veda, Krsna Dvaipayana Vyasa in the Mahabharata, Motilal Banarsidass, New Delhi 1999.
  • Sutton, Nicholas. Religious Doctrines in the Mahabharata, Motilal Banarsidass, New Delhi 2000.
  • Utgikar, N. B. The mention of the Mahabharata in the Ashvalayana Grhya Sutra, Proceedings and Transactions of the All-India Oriental Conference, Poona (1919), vol. 2, Poona (1922), 46–61.
  • Vaidya, R. V. A Study of Mahabharat; A Research, Poona, A. V. G. Prakashan, 1967
  • Witzel, Michael, Epics, Khilas and Puranas: Continuities and Ruptures, Proceedings of the Third Dubrovnik International Conference on the Sanskrit Epics and Puranas, ed. P. Koskiallio, Zagreb (2005), 21–80.