Mahirə Hüseynova

Mahirə Nağı qızı Hüseynova (təxəllüsü Mahirə Nağıqızı; 4 noyabr 1960, Sust) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə. ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri (2015-2018), ADPU-nun Filologiya fakültəsinin dekanı (2018-2021), ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru (2021-ci ilin aprelindən)[1][2]

Mahirə Hüseynova
Professor Mahirə Nağı qızı Hüseynova
Digər adı Mahirə Nağıqızı (təxəllüsü)
Doğum tarixi 4 noyabr 1960(1960-11-04) (63 yaş)
Doğum yeri
Atası Nağı Nağıyev
Elmi dərəcəsi Filologiya elmləri doktoru
Elmi adı professor
İş yeri
Təhsili
Mükafatları "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Mahirə Hüseynova 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1984-cü ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ilin mayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 2015-ci ilin dekabr ayında Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış, dolğun nəticələr əldə etmişdir. Dissertasiya işi müzakirələrdən uğurla çıxaraq müdafiəyə təqdim olunmuşdur. Mahirə Nağı qızı Hüseynova (Nağıyeva) 2017-ci il 2 mayda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda yüksək səviyyədə müdafiə etmiş və 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.[3] 2018-2021-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı olmuşdur. Təhsil nazirinin müvafiq əmri ilə 2021-ci ilin aprelindən etibarən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunmuşdur.[4]

Təltif və Mükafatları

[redaktə | mənbəni redaktə et]
  • “İlin ən yaxşı müəllimi” - 2003-cü il
  • Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı
  • “Qızıl qələm” Media Mükafatı Laureatı
  • “İlin Alimi” Media Mükafatı Laureatı - 2018-ci il

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]
  1. III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu;
  2. Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı;
  3. Doktorantların və Gənc Tədqiqatçıların XVI Respublika Elmi Konfransı;
  4. 13-cü Uluslararası Türk Dünyası Sosyal Bilimlər Kongresi;
  5. Bakı Slavyan Universiteti, VI Beynəlxalq Elmi Konfransı;
  6. Azərbaycan Dövlət Pedaqoji Universiteti, “I Türkoloji Qurultayın Türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” Respublika elmi-praktik konfransı;
  7. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Müasir Dilçiliyin Aktual Problemləri Beynəlxalq Elmi Konfransı;
  8. Gənc Tədqiqatçıların IV Beynəlxalq Konfransı;
  9. Tatarıstan Respublikası,“Dünya türkologiyası və Kazan Universiteti” adlı beynəlxalq elmi-praktik konfrans;
  10. Azərbaycanın Türkiyə Cümhuriyyəti Qars şəhərindəki Baş Konsulluğu və Qars Qafqaz Universitesinin birgə təşkilatçılığı ilə təşkil olunmuş “Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi” ilə əlaqədar “Geçmişten Günümüze Azerbaycan Cumhuriyeti” adlı panel

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. “Сравнительное исследование причастия в тюрксkих языках (на основе исследований профессора Г.Мирзоева)”. Хабаршы, Вестник филология сериясы, Серия филологическая, Алматы, 2010, № 1-2.
  2. “Об исследованиях проф. Гасана Мирзоева, посвященных категории переходности и непереходности глагола”. Известия Таврического националь-ного Университета им.В.И.Вернадского.Научный журнал Серия Филоло- гия. Симферополь, 2010 Том 23 (62).№3.
  3. “Лингвистические исследования Гасана Мирзоева и их зна¬чение для современной тюркологии”. Материалы III Междуна-родной научнойконфе-ренции. Нальчик, 17ноября 2010 г.
  4. “Фонологические повторы на языке ашугов народных поэтов Азербайджана в XIX-XX веках (по округу Даралаяз)”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2014. №3 (661).
  5. “Стилистическая форма выражения диалектизмов в творчестве Азербайджанских ашугов и народных поэтов XIX-XX веков (по материалам Даралаяз)”. Научные исследования в сфере гуманитарных наук: открытия XXI века Пятигорск 2015
  6. “Literární prostředí ašyghů a lidových basníků Ázerbájdžánu XIX – XX století: zdroje myšlenek a poetická inika prožitých lidem tragedií”. Charles University Prague, ACSC,bulletin. Çeletna 20, Post index 11000, Praha 1.
  7. “Поэтическая позиция и информационные возможности зоонимов”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2015 г. Магнитогорск, пр. Ленина, 114, ауд. 232.
  8. “Azerbaycan ozan el şairlerinin eserlerinde hidronimlerin üslubi, sanatsal,ahlaki açıdan özellikleri”. Adıyaman Universiteti , 17 sayı Asos İstanbul 2015.
  9. “XIX-XX centuries, language and style features of the ashik and folk poets creativity – according to Daralayaz region of the Western Azerbaijan”. Journal Papers on language and literature. Vol.23. No:4. 2016. USA Southern Illinois University.
  10. On the origin of the names of some Azerbaijani dishes and drinks. British Journal for Social and Economic Research. Volume 3, Issue 2, April 2018
  11. Çağdaş türk ləhcələrində yemək adları. Tatarıstan Respublikası, Kazan Federal Universiteti. 26 aprel 2018-ci il

Elmi kitabları

[redaktə | mənbəni redaktə et]
  1. Ulu öndərimizə məhəbbət ruhunda. Bakı: “Təknur” nəşriyyatı, 2008
  2. Ulu öndərimizin natiqlik məharəti. Bakı: “Avropa” nəşriyyatı, 2009
  3. Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir. Bakı: “Avropa” nəşriyyatı, 2011
  4. Alim təfəkkürünün itiliyi (monoqrafiya). Bakı: “Vətən” nəşriyyatı, 2013
  5. Dərdi dərin Həsən Mirzə. Bakı: “Vətən” nəşriyyatı, 2013
  6. Azərbaycan poeziyasında “Dağ” obrazı. Bakı: “Vətən” nəşriyyatı, 2013
  7. Ədəbiyyatşünaslığa xidmət əzmi ilə (Çapar Kazımlı ilə birgə). Bakı: Elm və təhsil” nəşriyyatı, 2013
  8. Həsən Mirzəyev və Azərbaycan dilində fel. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
  9. Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2014
  10. Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
  11. Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
  12. Müasir Azərbaycan dili: Pedaqoji universitetlərdə bakalavr hazırlığı üçün. (proqram) Bakı: ADPU-nun mətbəəsi, 2018
  13. Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə yenidənhazırlanma təhsili üçün. (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2016
  14. Aşıq və el şairlərinin fonopoetikası (monoqrafiya). Bakı: ADPU-nun nəşriyyatı, 2015
  15. XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə). ADPU-nun nəşriyyatı, 2015
  16. Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə), (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2015
  17. Aşıq və el şairlərinin leksikası (monoqrafiya). Bakı: ADMİU, 2016
  18. Aşıq və el şairlərinin üslubi frazeologiyası (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
  19. Aşıq və el şairlərinin üslubi sintaksisi (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
  20. Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti).Bakı: Afpoliqraf mətbəəsi, 2017
  21. Aşıq və el şairlərinin üslubi morfologiyası. (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
  22. Aşıq və el şairlərinin poetikası. Bakı: 2017
  23. Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri. (Dərələyəz mahalı üzrə) Bakı: 2018
  24. XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti). Bakı: “Avropa” nəşriyyatı, 2018
  25. Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti. Bakı: ADPU nəşriyyatı, 2018
  26. Üslubi morfologiya (folklor mətnləri əsasında). (dərs vəsaiti). Bakı: ADPU nəşriyyatı, 2018
  27. Missiya. ADPU-nun nəşriyyatı. Bakı-2019.366 s.[5]

Bədii kitabları

[redaktə | mənbəni redaktə et]
  1. Mənim anam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006
  2. Su at dalımca, ana. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006
  3. Ana sevgisindən doğan nəğmələr. Bakı: “Avropa” nəşriyyatı, 2008
  4. Yaşadacaq anam məni. (şeirlər). Bakı: “Qismət” nəşriyyatı, 2009
  5. Ana kəndim Xalxalım. Bakı: “Avropa” nəşriyyatı, 2010
  6. Ömrün çıraqdır sənin. Bakı: “Avropa” nəşriyyatı, 2010
  7. Sözün hikməti. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2012
  8. Analı dünyam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015
  9. Haqqa çağıran səs. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015
  10. Bayatılar. Bakı: “Apostroff” nəşriyyatı, 2015
  11. Bayatılar və üç şeir. Bakı: “Apostroff” nəşriyyatı, 2015
  12. Ruhuna beşiksə, tanı, Vətəndir. Bakı: Afpoliqraf mətbəəsi, 2017
  13. Dilimiz - varlığımızdır. Bakı, 2021
  14. "Salam Olsun (Vətənpərlik şeirləri)". Bakı, 2021[6]

Mahirə Nağı qızı Hüseynovanın sözlərinə bəstələnmiş mahnılar

[redaktə | mənbəni redaktə et]
  1. Гурбан Аббасов и Наталья Кудряшова – Журавль
  2. Cabir Abdullayev – Şükrümüzü qəbul elə, İlahi söz Mahirə Nağıqızı, bəstəkar Hacı Nazim
  3. Gülüstan Əliyeva – Azərbaycana, söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
  4. Gülüstan Əliyeva – Layla çal, yatım ana! - söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
  5. Gülyanaq və Gülyaz Məmmədova – Azərbaycan - söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
  6. Gülyanaq Məmmədova – Ata Heydər, oğul İlham - söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
  7. Gülyanaq Məmmədova – Dolanım - söz Mahirə Nağıqızı, bəstəkar Arif Səlimov
  8. Gülyanaq Məmmədova – Ay ana - söz Mahirə Nağıqızı, bəstəkar Arif Səlimov
  9. Gülyanaq Məmmədova – Ana - söz Mahirə Nağıqızı, bəstəkar Arif Səlimov
  10. Gülyanaq Məmmədova – Balam - söz Mahirə Nağıqızı, bəstəkar Arif Səlimov
  11. Gülyanaq Məmmədova – Gəlmədin - söz Mahirə Nağıqızı, bəstəkar Tahir Mahiroğlu
  12. Gülyaz - Gülyanaq Məmmədova – Sevirəm de - söz Mahirə Nağıqızı, bəstəkar Ruslan Səfəroğlu
  13. Gülyanaq Məmmədova – Yarın olmaq istəyirəm - söz Mahirə Nağıqızı, bəstəkar Ruslan Səfəroğlu
  14. Eldəniz Məmmədov – Ata - söz Mahirə Nağıqızı, bəstəkar Tahir Mahiroğlu
  15. Ehtiram Hüseynov – Geri qayıtmaz – söz Mahirə Nağıqızı, bəstəkar Tahir Əkbər
  16. Abgül Mirzəyev – Nə olar– söz Mahirə Nağıqızı, bəstəkar Tahir Əkbər
  17. Bəyimxanım Vəliyeva – Qısqanıram – söz Mahirə Nağıqızı, bəstəkar Tahir Əkbər
  18. Bəyimxanım Vəliyeva və gənc muğam ustaları – Azərbaycan – söz Mahirə Nağıqızı, bəstəkar Tahir Əkbər
  19. Mətanət İsgəndərli – Gözlərim - söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
  20. Mətanət İsgəndərli – Leylam - söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
  21. Brilliant Dadaşova – Nazlı-Nazlı
  22. Elnarə Abdullayeva – Nazlı-Nazlı
  23. Ümidə Mələk – Vətən, söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
  24. Arzu Qarabağlı – Geri dönsün, söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
  25. Səyyad Aydınoğlu – Xalxalım
  26. Lalə Məmmədova – Gözəl
  27. Aşıqların ifasında 70 mahnı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

ADPU-nun Filologiya Fakültəsinin rəsmi saytı

  1. "Arxivlənmiş surət". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
  2. https://www.adpu.edu.az/az/professor-mahirae-huseynova-adpu-nun-beynaelkhalg-aelagaelaer-uzrae-prorektoru-taeyin-olunub[ölü keçid]
  3. "Arxivlənmiş surət". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
  4. "Arxivlənmiş surət". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
  5. "Arxivlənmiş surət". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
  6. https://bakuexo.az/xanim-xatun-sair-ancaq-v%C9%99t%C9%99n%C9%99-deyil-onu-sev%C9%99nl%C9%99r%C9%99-d%C9%99-salam-olsun-dedi/[ölü keçid]