Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Mahir Əmiraslan oğlu Cabbarov 1958-ci il aprel ayının 18-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. 1975-ci ildə Səhləbad kənd orta məktəbini fərqlənmə ilə bitirərək Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti — AzMİU) daxil olmuş, 1980-ci ildə isə institutu bitirmişdir. 1980-ci ildən 1987-ci ilədək Bakı Baş Tikinti İdarəsində müxtəlif vəzifələrdə çalışan M. Cabbarov 1980–82-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987–1993-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Tikinti Təşkilatında baş mühəndis və rəis, 1993–1999-cu illərdə Azərittifaqın Eksperimental İstehsalat Sənaye Müəssisələri Birliyində baş direktor, 2001–2012-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi Mexanizasiya və Tikinti İstehsalat İdarəsinin rəisi vəzifələrində işləmişdir. 2012-ci ildən "Sahil inşaat Qrup" MMC-nin təsisçisi və baş direktoru vəzifəsində işləyir.
M. Ə. Cabbarov paralel olaraq, tikinti sektorunun inkişafı, tikintidə təhlükəsizliyin təmin edilməsi və s. istiqamətlərdə elmi araşdırmalar apararaq 2008-ci ildə "05.26.02 – Fövqəladə hallarda təhlükəsizlik (tikinti)" ixtisası üzrə AzMİU-nun doktoranturasına daxil olmuşdur. Doktorantura dövründə araşdırmaları davam etdirərək "Tikintidə həyat fəaliyyətinin təhlükəsizliyinə təsir edən risklərin qiymətləndirilməsi və idarə olunması" mövzusunda dissertasiya işini yerinə yetirmişdir. 2012-ci ildə M. Ə. Cabbarov tədqiqat işini uğurla müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
M. Ə. Cabbarov Bakı şəhərində və respublikamızın müxtəlif rayonlarında dövlət əhəmiyyətli bır sıra layihələrin uğurla icra olunmasına rəhbərlik etmişdir. Hal-hazırda da M. Cabbarovun rəhbərliyi ilə respublikamızda kommunikasiya sistemlərinin yenidən qurulması, ayrı-ayrı regionlarda çoxmərtəbəli binaların, müxtəlif sosial və infrastruktur obyektlərin tikintisi işləri uğurla davam etdirilir.
Tikintidə həyat fəaliyyətinin təhlükəsizliyinə təsir edən risklərin qiymətləndirilməsi və idarə olunması. Monoqrafiya, Bakı, Avropa nəşriyyatı, 2014, 182 səh.
Tikintidə həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri məsələləri. Bakı, AMIU, Elmi əsərlər № 4, 2007, s. 93–101
Həyat fəaliyyətinin təhlükəsizliyini gücləndirilməsi baxımından tikinti ma-teriallarının keyfiyyətinin yüksəldilməsi. "Fövqəladə hallarda təhlükəsizliyin idarə olunması" mövzusunda IV Beynəlxalq Simpoziumun materialları, Bakı, AMIU, 15–16 noyabr 2007, s. 138–142
Tikinti sektorunda baş verən fövqəladə hadisələrin ekoloji aspektləri. Bakı, AMIU, Elmi əsərlər, № 2, 2007, s. 99–103
Tikinti və nəqliyyatda yaranan fövqəladə halların sosial-ekoloji nəticələri. Bakı, "Nəqliyyat hüququ" jurnalı, № 4, 2007, s.111–120
Tikintidə həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinin əsas istiqa-mətləri. Bakı, AMIU, "Ekologiya və su təsərrüfatı" elmi-texniki və istehsalat jurnalı, № 3, 2007, s. 15–20
Tikintidə həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinin ekoloji problemləri. Bakı, AMIU, "Ekologiya və su təsərrüfatı" elmi-texniki və istehsalat jurnalı, № 2, 2009, səh.7–11
Tikintidə sahibkarlığın inkişafı və həyat fəaliyyətinin təhlükəsizliyi məsələləri. Bakı, AMIU, Elmi əsərlər, № 2, 2008, s.130–134
Направления по усовершенствованию мероприятий в случае чрезвычайных событий. Москва, журнал "Аспирант и соискатель", 2009, № 4(52). с. 105–109
Tikinti sektoruna müasir investisiya qoyuluşlarının həyat fəaliyyətinin təhlükəsizliyinə təsir istiqamətləri. Bakı, AzTU, Elmi əsərlər, Humanitar elmlər seriyası, 2009, № 3, səh.75–78
Tikintidə həyat fəaliyyətinin təhlükəsizliyinin təmin olunmasının iqtisadi mexanizmi. AMEA İqtisadiyyat İnstitutu, Elmi əsərlər, 2009, № 2, səh.176–180
The impoving directions of the safety of the life activity in construction. International Academy of Science, "Science Without Borders", Austria, 2009, № 3, p. 611–618
Fövqəladə hadisələrin iqtisadi təhlükəsizliyə təsir istiqamətləri. "Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı: problemlər, inkişaf meylləri" Respublika elmi-praktiki konfransının materialları, Bakı, 2010, səh. 100–101
Kadr hazırlığı və maarifləndirmə fövqəladə hallarda təhlükəsizliyin başlıca amili kimi. "Fövqəladə hallara riskinin azaldılması və Hyoqo prinsipləri" mövzusunda Beynəlxalq Simpoziumun materialları, Bakı, AMİU, 25–26 noyabr 2010, səh. 58–61
Nəqliyyat və tikinti sektorlarında fövqəladə halların yaranma səbəbləri, sosial-iqtisadi və ekoloji nəticələri. AzMİU, "Inshaat kompleksində riskin qiymətləndirilməsi və təhlukəsizlik problemləri", 25–26 fevral 2013, s.30–34
Avtonəqliyyat sektorunda baş verən fövqəladə hadisələrin sosial-iqtisadi nəticələri və on-ların aradan qaldırılması yolları. "Fövqəladə hallar, onların inkişaf dinamikası və idarə olunmasının elmi-praktiki aspektləri" elmi-praktiki konfrans. Bakı, AMEA, 26 noyabr 2014, səh.92–95