Mahir Hacıyev

Hacıyev Mahir Həmzə oğlu (1969, Kirovabad) — Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, (20 oktyabr 2017-ci ildən) və Ümümdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri (2010-cu ildən-hal-hazırda). Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent.

Mahir Hacıyev
Mahir Həmzə oğlu Hacıyev
20 oktyabr 2017 – hal-hazırda
bayraq
Ümümdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri
bayraq2
2010 – hal-hazırda
Şəxsi məlumatlar
Doğum tarixi (55 yaş)
Doğum yeri Gəncə
Vətəndaşlığı  Azərbaycan
Təhsili S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyası
AKTA
Elmi fəaliyyəti
Elmi dərəcəsi Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent

Hacıyev Mahir Həmzə oğlu 1969-cu il, fevralın 25-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976-1986-cı illərdə Gəncə şəhəri 4 saylı orta məktəbdə təhsil alıb. 1986-1993-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndislik fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuş və sonra isə təhsilini davam etdirib.

1993-cü ildə AKTA-nın zoomühəndislik fakültəsini bitirərək Dövlət İmtahan Komissiyasının və Fakultə Elmi Şurasının qərarı əsasında aspiranturaya daxil olmağa tövsiyə alıb.

2003-cü ildə “Azəbaycanda sənaye üsulu ilə yumurta istehsalı elementlərinin təkmil¬ləşdirilməsi.” mövzusunda dissertasiya işini yerinə yetirmiş və kənd təsərrüfatı elmləri namizədi elmi adı almışdır.

2008-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin dosentidir.

1993-1996-cı illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda əyani aspirantı
1996-2001-ci illərdə Gəncə Quşçuluq fabrikində zootexnik
2001-2004-cü illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitunun Quşçuluq laboratoriyasında kiçik və böyük elmi işçi
2002-ci ildən AKTA-nın müəllimi (assistent)
2005-ci ildən AKTA-nın baş müəllimi
2006-2011-cı ilin noyabrına kimi Baytarlıq təbabəti və zoobaytarliq fakültəsinin dekan müavini
2008-ci ildən hal hazıra kimi Baytarlıq təbabəti və zoobaytarliq fakültəsinin dosenti
2010-ci ildən hal hazıra kimi Ümümdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri
2017-ci ildən hal hazıra kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

1998-cu il, Bakı, Azərbaycan seleksiyaçılar cəmiyyətinin VII qurultayı
1999-cu il, 3-6 mart, Gəncə,ATİ Beynəlxalq elmi-texniki konfrans
2003-cü il, 24-26 oltyabr, Gəncə, Beynəlxalq Gəncə-Kars baytarlıq simpoziumu
2004-cü il, 6-7 may, Gəncə, Beynəlxalq elmi simpozium
2006-ci il, 5-6 avqust, Bakı, 1-ci Beynalxalq Elmi Konfrans”Biomüxtəlifliyin Genetik ehtiyatları” AMEАQEİ.
2006-cı il, 6-8 sentyabr, Gürcüstan, “ South Caucasian Workshop on Concepts in Animal Welfare
2007-ci il, 20-25 sentyabr, Vitebsk, Belorusiya, Beynəlxalq elmi konfrans
2009-cu il 22sentyabr 2 oktyabr, Avstriya, Treninq kurs, (Advanced molekular diagnosis and characterization of influenza A (H5N1) and (H1N1))
2012-ci il 06-11/02, Türkiyə, Erzurum, Atatürk Universiteti
2013-ci il 5-7/12, Türkiyə, Van, 100-il Universiteti
2013-ci il 21-25 oktyabr. Türkiyə, Antaliya, The International Congress on Advancements in Poultry Productions in The Middle East and African States held in Antalya, Turkey
2014-cü il 28-30/04 Türkiyə, İstanbul, İnternational VETistanbul Group Congress 2014 held in Istanbul University Faculty of Veterinary Medicine on 28-30 april 2014 in İstanbul, Turkey.
2018-ci il 23-27 April 1st Multi-stakeholder Regional Meeting on Strategic Planning for Sustainable Livestock Development_Uman, Ukraine

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hal hazırda “Azərbaycan şəraitində quş və yumurta istehsalı üsullarının yaxşılaşdırılması yolları” adlı doktorluq dissertasiyası üzərində çalışır.Hazırkı dövrə qədər 149-dək elmi məqalənin, o cümlədən: 32-dən artıq metodik göstərişin və dərs proqramlarının, 1 dərsliyin, 1 dərs vəsaitinin, 2 ixtiranın, 11-tövsiyənin və elmi məqalələrin müəllifidir.

Elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  1. 2006. “Использование на племя аборигенных кур”, Журнал «Животновод¬ство Рос¬сии» № 10 , Москва 2006, стр.16-20
  2. 2009. Оптимизация микроклимата - залог высокой продуктивности Вестник Российского Государ¬ственного Аграрного заочного Уни¬вер¬ситета Научный Журнал № 7(12); Москва 2009 стр.81-85
  3. 2010. “Использование хозяйственно полезных признаков местных популяций кур для производства яиц и мяса.” Известия Аграрной науки; том 8, № 4; (Грузия) 2010
  4. 2010. “Повышение выхода и качества мяса птицы при различных системах выращивания”. Научное обеспечение развития АПК в условиях реформирования сборник научных трудов. Санкт-Петербург 2010; стр.288-291
  5. 2012. Современное состояние и пути дальнейшего развития птицеводства Азербайджана «Актуальные проблемы современ¬ного птицеводства». Материалы XIII Украинской конференции по птицеводству с международным участием. Харьков, 2012, стр.95-107
  6. 2019.Qoyunlarda süni mayalanmanın aparılmasına dair., Metodik göstəriş, Gəncə, Aytac nəşriyyatı,2019.s.33
  7. Влияние фосфорного удобрения на урожай¬ность листьев тутового шелкопряда. 9th Bacsa international Conference “Sericulture preservation and revi¬val- problems and prospects” “SERİVİVAL” 2019, Batumi, Georgiya Aprril 7th-12th 2019, s.92-96
  8. 2001. “Quşlar”, Təhsil Nazirliyinin qrifi ilə dərslik
  9. 2014. Hind toyuğu cavanlarının bəslənmə texnologiyası və sanitar gigiyeniki rejiminə dair tövsiyə. Gəncə, Araz poliqrafiya nəşriyyatı 2014. s.82
  10. 2006. “Quşçuluqda hibridləşmənin genetik əsasları”, Təhsil Nazirliyinin qrifi ilə dərs vəsaiti
  11. 2019. Qarışıq istiqamətli toyuqların bəslənmə texnologiyası. Gəncə, Aytac poliqrafiya nəşriyyatı 2019. s.120
  12. 2020. Heyvandarlıqda ruşeymin transplantasiyası texnologiyasının tədbiqi. Məqalə Aqroskop jurnalı, quraqlığın kənd təsərrüfatına təsiri buraxılış №3, s.16-17

Digər fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2000-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının sədri vəzifəsində olmuşdur.

Ailəlidir, 3 övladı var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]