Mahir Nurəddin oğlu Kərimov (d. 1974, Gədəbəy rayonu — ö. 11 avqust 1992) — Azərbaycanlı şəhid.
Mahir Kərimov | |
---|---|
Mahir Nurəddin oğlu Kərimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy rayonu Qarıkend kendi |
Vəfat tarixi | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Gədəbəy rayonu,Qarıkend kendi |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1992 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Kərimov Mahir Nurəddin oğlu 1974-cü ildə Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olub. O, 1989-cu ildə Qarıkənd məktəbini, 1991-ci iidə Gərgər kənd orta məktəbini bitirib. 1992-ci ildə hərbi xidmətə çağırılıb. Vətənimizin bütövlüyü uğrunda gedən mübarizədə 171 saylı hərbi hissənin tərkibində işğalçı erməni ordusuna qarşı aparılan bir neçə ağır döyüşlərdə mərdliklə vuruşub. Vətən sevgisi Mahiri həmişə irəli düşmən üzərində qələbəyə aparırdı. 1992-ci il avqustun 11-də Azərbaycan Respublikasınm ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.