Mahmud Rüstəmov (1967, Bakı) — Heykəltəraş, rəngkar, qrafik, “İlin ən yaxşı heykəltəraşı” (2000).
Mahmud Rüstəmov | |
---|---|
Doğum tarixi | 1967 |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | rəssam, heykəltəraş |
Təhsili | |
Janr | rəssamlıq |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mahmud Rüstəmov 1967-ci ildə Bakı şəhərində anadan olub[1]. 1986-cı illərdə Ə. Əzimazadə adına Rəssamlıq məktəbidə və 1986-1992-cı illərdə Azərbaycan Dövlət İncəsənət Universitetini heykəltəraşlıq fakültəsində təhsil almışdır.
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1999-cu ildə fərdi sərgisini keçirdib və elə həmin ildə “İncəsənət hərəktdə”, heykəltəraşlıq üzrə beynəlxalq incəsənət festivalında iştirak edib. 2000-ci ildə Azərbaycanın “İlin ən yaxşı heykəltəraşı” nominantı olmuşdur. 2001-ci ildə “Qaradağ Sement” şirkətinin heykəltəraşlıq müsabiqəsində həvəsləndirici mükafata layiq görülüb. 2005-ci ildə “Kişi və qadın” müasir incəsənət sərgisinin iştirakçısı olub. 2006-cı ildə “Rüstəmovlar İncəsənət Evi” qalereyasının açılışı keçirilib.
Heykəltəraş, rəngkar, qrafik-o öz yaradıcılığının bütün istiqamətlərində eyni maraqlıdır. Reallıq və irreallığın, maddi və zərif intellektuallığın, ilahi və demonik başlanğıcın paradoksal və məchul sintezi onun yaradıcılığının əsas məzmununu təşkil edir. Ekspozisiyada heykəltəraşın “Qızılı xəttin sirri” və “Başlanğıc öncəsi yuxu” adlı işləri özünə məxsus görüntüsü ilə diqqəti cəlb edir. “Dördbucaqlı tisbağanın mahnısı” əsərini heykəltəraş Türkiyədə yerləşən vadinin müasir interpritasiyası adlandırır.