Mahmud Rüstəmov (1967, Bakı) — Heykəltəraş, rəngkar, qrafik, “İlin ən yaxşı heykəltaraşı” (2000).
Mahmud Rüstəmov | |
---|---|
Doğum tarixi | 1967 |
Doğum yeri | |
Fəaliyyəti | rəssam, heykəltaraş |
Təhsili | |
Janr | rəssamlıq |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mahmud Rüstəmov 1967-ci ildə Bakı şəhərində anadan olub[1]. 1986-cı illərdə Ə. Əzimazadə adına Rəssamlıq məktəbidə və 1986-1992-cı illərdə Azərbaycan Dövlət İncəsənət Universitetini heykəltaraşlıq fakültəsində təhsil almışdır.
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1999-cu ildə fərdi sərgisini keçirdib və elə həmin ildə “İncəsənət hərəktdə”, heykəltaraşlıq üzrə beynəlxalq incəsənət festivalında iştirak edib. 2000-ci ildə Azərbaycanın “İlin ən yaxşı heykəltaraşı” nominantı olmuşdur. 2001-ci ildə “Qaradağ Sement” şirkətinin heykəltaraşlıq müsabiqəsində həvəsləndirici mükafata layiq görülüb. 2005-ci ildə “Kişi və qadın” müasir incəsənət sərgisinin iştirakçısı olub. 2006-cı ildə “Rüstəmovlar İncəsənət Evi” qalereyasının açılışı keçirilib.
Heykəltəraş, rəngkar, qrafik-o öz yaradıcılığının bütün istiqamətlərində eyni maraqlıdır. Reallıq və irreallığın, maddi və zərif intellektuallığın, ilahi və demonik başlanğıcın paradoksal və məchul sintezi onun yaradıcılığının əsas məzmununu təşkil edir. Ekspozisiyada heykəltaraşın “Qızılı xəttin sirri” və “Başlanğıc öncəsi yuxu” adlı işləri özünə məxsus görüntüsü ilə diqqəti cəlb edir. “Dördbucaqlı tisbağanın mahnısı” əsərini heykəltaraş Türkiyədə yerləşən vadinin müasir interpritasiyası adlandırır.