Maho çimərliyi (nid. Maho Beach) — Sen-Marten adasının cənub-qərbində yerləşən çimərlik. Adanın bu hissəsi Niderlandın tərkibində bir asılı ərazi olaraq Sint-Marten bölgəsinə daxildir.[1]. Çimərliyi məşhurlaşdıran onun Şahzadə Yulian hava limanının yaxınlığında yerləşməsidir. Bu səbəbdən bəzən təyyarələr çimərlikdə istirahət edənlərin 10-20 metr üstlərindən uçaraq hava limanına daxil olur.[2]. çimərlik və hava limanını iki hasar ayırır[3].
Maho çimərliyi | |
---|---|
nl/Maho Beach | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,0045 km² |
Sahil uzunluğu | 0.3 km |
Yerləşməsi | |
18°02′22″ şm. e. 63°07′13″ q. u.HGYO | |
Akvatoriya | Karib dənizi |
Ölkə | Niderland |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çimərliyin uzunluğu 300 m, eni isə 10-20 metr arasında dəyişir. Çimərlikdə çoxlu sayda kafe vardır. Onlar arasında ən məşhuru Sunset Bar and Grilldir[4]. Burada olan lövhədə təyyarələrin uçuş-eniş vaxtları yazılmışdır[5].
Çimərlik bitki örtüyündən məhrümdür[6]. Təyyarə uçuşları sahildə güçlü dağlar əmələ gətirir. Reaktiv təyyarələrin uçuşu zamanı sürət 160 km/s[7] ola bilir. Bu isə insanlar üçün ölüm təhlükəsi yarada bilir. Dispecerin xəbərdarlıqlarına baxmayaraq bəzən insanlar özü adrinalin almaq məqsədi ilə təhlükəli anlarda çimərlikdə olmağa çalışırlar[8].
16 oktyabr 2008-ci ildə çimərlik Omar qasırğasından böyük zərər görmüşdür. Çimərlikdə olan kafeləırin çoxu bundan zərər görür[9]. Çimərliyin qumu isə tamamən yoxa çıxdığından bura yenidən qum gətirilmişdir.
2009—2011-ci illərdə Mago çimərliyində avstriyalı fotoqraf Josef Hoflehner alçaqdan uçan təyyarələrin ağ-qara fotolarını çəkmişdir. Bu onun «Reaktiv lauyner: şerlər toplusu»[10] kitabı üçün lazım olmuşdur.