Mail Əhməd — şair.
Mail Əhməd | |
---|---|
Əhmədov Mail Maman oğlu | |
Doğum tarixi | |
Doğum yeri |
SSRİ Ermənistan SSR , Vedibasar mahalı, Böyük Vedi kəndi |
Fəaliyyəti | şair |
Əhmədov Mail Maman oğlu 1934-cü ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Böyük Vedi kəndində, Paski məhəlləsində anadan olmuşdur. Yeddi yaşı olanda atası Böyük Vətən müharibəsinə gedir, bir ildən sonra itgin düşməsi haqqında kağız gəlir. Anası Əfruz Mahmud qızı övladlarını tək böyüdəsi olur.
1950-ci ildə ailəliklə Azərbaycana deportasiya olunurlar. 1959-cu ildə APİ-ni bitirib.
1964-cü ildən bugünədək Bakıxanov qəsəbəsindəki Olimpiya İdman Litseyində işləyir.
1961-ci ildən müxtəlif mətbu orqanlarda şeirləri çap olunan Mail Əhmədin “Həsrət karvanı” (2000), “Qaytarın dünyanı qoyun yerinə” (2001), “Bir qəlbin harayı” (2003), “Vaxt bizi illərə qaytaran deyil” (2005), “Çinar da ağlayarmış” (2007) və “Qərib məzar” (2009) kitabları oxucuların ixtiyarına verilmişdir.