Maisə Nəcəfova (tam adı: Maisə Aşum qızı Nəcəfova) — AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının kimya üzrə elmlər doktoru, baş elmi işçisi.[1]
Maisə Nəcəfova | |
---|---|
Maisə Aşum qızı Nəcəfova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsi |
Maisə Aşum qizi Nəcəfova 1943-cü ildə mayın 11-də Bakida ziyalı ailəsində anadan olmuşdur. 1959-ci ildə Bakı şəhəri 26 saylı rus orta məktəbinə daxil olmuş və oranı 1960-ci ildə əla qiymətlərlə bitirmişdir. 1960-65-ci illərdə S.M.Kirov adına Dövlət Universitetinin fizika fakultəsinin tələbəsi olmuş və oranıda əla qiymətlərlə bitirmişdir. Təyinatı Azərbaycan EA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna verilmişdir. 1965-1968-ci illərdə orada böyük mühəndis vəzifəsində işləmişdir. 1969-1971-ci illərdə Moskva şəhəri SSRİ EA-nın N.N.Semyonov adına Kimyəvi Fizika İnstitutunun (N.M.Emanuelin şöbəsində ) aspiranturasında çalışmışdır. 1978-ci ildə “Qlükozamin, onun törəmələri və qlikoproteidin qamma şüalandırılması zamanı alınan radikalların fiziki-kimyəvi tədqiqi “(02.00.04 – fiziki kimya) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
2010–cu ildə AAK-nın qərarı ilə M.A.Nəcəfovaya kimya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
2013-cü ildə Baş Elmi işçi vəzifəsində işləyir.
M.A.Nəcəfova 1972-ci ildən EA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. O, EPR, UB-yi spektroskopiya, aşağı temperaturlu radioliz və fotoliz kimi üsullara yiyələnib. Bu üsullardan istifadə edərək institutda bir çox tədqiqat işləri aparmışdır: alkilammonium halogenitlərin, katalizatorların yüksək aktivliyə və stabilliyə malik olan ion –radikalların alınmasında sintez zamanı modifikasiya üsulu ilə lazımı şərait tapılması, polimerlərin, poliamidlərin, qarışıq sellüloza efirlərindən alınan membran əmələ gətirən maddələrin və s. aşağı temperatur və EPR üsulları ilə onların fotostabilliyi öyrənilib və təkliflər verilib. İlkin və aralıq radikalların varlığı, onların elektron strukturu, təbiəti, onların fiziki-kimyəvi çevrilmələri, fotostabilliyi və s. müəyyən edilib.
Hal-hazırda əsas istiqamət– EPR üsulu ilə institutun bir neçə laboratoriyalarında tematika üzrə görülən işlərində sərbəst radikalların, ion-radikallarının iştirakı ilə gedən proseslərdə fiziki-kimyəvi çevrilmələrinin mexanizmlərini müəyyən edib öyrənməkdir: EPR üsulu ilə müxtəlif neftlər üçün (Suraxanı, Balaxanı, Abşeron, Qərbi Abşeron və s.) paramaqnetizm dərəcəsi araşdırılmışdır. Asfaltenlərin konsentrasiyasında kəmiyyət dəyişiklikləri müəyyən edilmiş, metalların varlığı göstərilmiş və bu neftlərin bəzi fraksiyalarında radikal kompleksləri müşahidə edilərək öyrənilmişdir; Biokütlə pirolizinin məhsulları EPR üsulu ilə təlqiq edilmiş, əldə edilən maye piroliz məhsulları bir çox neftlərin fraksiyalarına bənzəyir (asfalten radikalları, metalların ion-radikalları və aromatik karbohidrogenlər); Nadir torpaq elementləri ilə (Pr6O11-x ,Tb4O7-x) modifikasiya edilmiş polioksovolframat, kobaltmolibden katalizatorlarında və s. paramaqnit təbiəti tədqiq olunmuşdur, stabil radikal komplekslərinin varlığı müəyyən edilmişdir. Katalizatorların hazırlanmasında lazımi şəraitin tapılmasında,yüksək aktivliyə və stabilliyə malik olan stirolun H2C2O4 və hidrogen peroksidin iştirakı ilə epoksidləşməsində epoksidin maxsimum çıxımı 70-80oC temperaturunda stirenə görə 75-82%-a çatır. Katalitik effektin müxtəlifliyinə görə katalizatorların hazırlanma şəraiti tapılmışdır. Kobaltın molibdenə nisbəti 1:1 - dən 1:5-dək artması doymuş və doymamış karbohidrogenlərin oksidləşmə reaksiyalarında substratın konversiyanın 10-15% artımına gətirib çıxarır.
Katalitik krekinqin ağır qazoylunun (KKAQ), ağır piroliz qətranının (АPQ) (fr.>4000C), azparafinli neftlərin qudronunun və onlardan ayrılmış əsas komponentlərin paramaqnit xassələrinə UB-şüanın təsiri öyrənilmişdir. Ən əhəmiyyətli fərqləri müəyyən edilmiş və göstərilmişdir ki, LK-da, qətranda sərbəst radikallar generasiya olunur, lakin KKAQ, APQ, qudron və asfaltenlərdə isə onların məhv olması baş verir; EPR üsulu ilə model birləşmələrin –alifatik spirtlərin, doymuş karbohidrogenlərin və həmçinin ККАQ-nın LК-dan ayrılan naften-parafin karbohidrogenlərinin parçalanmasında KKAQ, ANQ-dan və qudrondan ayrılan PAK-in fotosensibilizə etmə xususiyyətləri tədqiq olunub. Fotosensibilizə etmə reaksiyalarında PAK-in triplet-həyacanlanma molekullarının iştirak etməsi sübut olunmuşdur və göstərilmişdir ki, üzvi birləşmələrin fotoparçalanmasının effektiv sensibilizə olunması üçün tədqiq olunan LK-in molekul kütləsindən asılı olaraq müəyyən olunmuş fraksiya tərkibi olmalıdır. KKAQ (fr. >4000C)-dən ayrılmış LK-da bilavasitə termiki işlənilmədən sonra ifrat incəstrukturlu spektrə malik olan sərbəst radikal müəyyən edilmişdir. EPR spektrlərinin təhlili birmənalı olaraq, onun metilperinaften radikalına aid olduğunu aşkar etmişdir. Müəyyən edilmişdir ki, metilperinaften radikalı molekulyar oksigenin iştirakı ilə QAM-ın SR-na çevrilməsi təyin olunmuşdur. Bu radikalın fotohəssaslıq xassələri öyrənilmiş və fotoşüalandırma nəticəsində onun məhv olması müəyyən edilmişdir; cüzi miqdarda PAK əlavə edilməklə model spirt, parafin və ANQ-dən ayrılmış naften-parafin matrisalarında geniş temperatur intervalında (-196-:250C) fotosensibilizə etmə reaksiyalarının ilkin və aralıq mərhələləri aşkar olunmuş və öyrənilmişdir;otaq temperaturunda fotoşüanın təsiri altında üzvi maddələrin parçalanması prosesində azparafinli neftlərin qudronlarından ayrılmış asfaltenlərin sərbəst radikallarının üzvi birləşmələrin (alifatik spirtlər, parafinlər) parçalanmasında fotosensibilizə etmə xassəsi aşkar edilmiş və araşdırılmışdır. Göstərilmişdir ki, fototəsir nəticəsində qudronun asfaltenlərinin SR-in qatılığı 40% azalır. Lakin benzol məhluluna zəif hidrogen rabitəli birləşmələri (alifatik spirtlər, izo-parafinlər) əlavə etdikdə bu məhlulda fotosensibilləşdirilmiş parçalanma reaksiyalarının nəticəsində əmələ gələn H-atomları asfaltenin paramaqnit nüvəsini dezaktivləşdirir və SR-in kəskin sürətlə (66%) məhv olmasına səbəb olur.