Mais Nuriyev — xoreoqraf, İtaliyadakı "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasinin sədri, Milanda "Aida " və "Orizon" Rəqs Akademiyasinin və Milan Konservatoriyasının professoru.[1]
Mais Nuriyev | |
---|---|
Mais Şükür oğlu Nuriyev | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan İtaliya |
Milliyyəti | Azərbaycanlı |
Təhsili |
Azərbaycan Dövlət İncəsənət İnstitutu Moskva Dövlət Teatr Sənəti Universiteti |
Fəaliyyəti | xareoqraf |
Tanınır | İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti |
Mükafatları | Azərbaycan Respublikasının əməkdar artisti |
1982-ci ildə Bakı Xoreografiya Məktəbində təhsil almışdır. 1974 −86 Azərbaycan Dovlət Rəqs Ansamblında rəqqas kimi fəaliyyət göstərmişdir. 1975–1977 hərbi xidmət olmuşdur. 1974–1982 Azərbaycan Dövlət İncəsənət İnstitutunda rejissor təhsili alıb. 1984–1989-cu Azerbaycan Respublikasi Mədəniyyət Nazirliyinin təyinatı ilə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti Universitetində(QITIS) baletmeysterlik təhsili alıb. 1986 – 89-cu illərdə Mədəniyyət Nazirliyinin təyinati ilə Naxçivan "Araz" Dovlət mahnı və rəqs ansamblı və Azərbaycan Dövlət "Göy Göl " mahni və rəqs ansamblında baletmeyster olmuşdur. 1989 – 92-ci illərdə Bakı Xoreqrafiya məktəbi dünya xalq rəqsləri, xarakterik rəqs müəllimi kimi fəaliyyət göstərmişdir. 1989–96-cı illərdə Teatr Xadimləri İttifaqi "Bulaq" Rəqs Teatrının, 1992 – 93-cü illərdə isə Azərbaycan Müdafiə Naziyliyi, Hərbi Dəniz Qüvvələri mahnı və rəqs ansamblında bədii rəhbər olmuşdur.
2000-ci ildən bu günədək Milan "Orizondanza" rəqs akademiyası / dünya xalq rəqsləri, xarakterik və klassik rəqs dosenti, 2000–2003-cü illərdə Milan Bələdiyyəsi mədəniyyət şöbəsi / dünya xalq rəqsləri müəllimi, 2007-ci ildən isə İtaliyanın bir sıra rəqs akademiyalarında Origami, LEcole Ballet (Neapol), Cizel dans (Porto San Giorgio) Arte e Spettacolo — Monza (Milan) , Teatr Alla Skala ilə birgə əməkdaşlıq edən " Aida " Peşəkar Rəqssasların İxtisaslaşma Mərkəzi akademiyasında dünya xalq rəqsləri üzrə dosent kimi fəaliyyət göstərmişdir.
2006-cı ildən bu günədək İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidentidir .
2009-cu ildə " Türksoy" Beynəlxalq Mədəniyyət təşkilatinin İtaliya təmsilçisi . 2012-ci ildən bu günədək Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyası İmprovizasiya şöbəsində xoreograf olmuşdur. 2010-cu ildən bu günədək İtaliya Beynəlxalq Delfik Milli Şürasının vitse presidenti (Unesco), 2009-cu ildən bu günədək Beynəlxal Müsabəqələrdə rəqs üzrə Turkiyə Anadolu Beynelxalq müsabiqələrində, Sanremo Beynəlxalq Konkursunda, Ukrayna, Rusiya, Qazaxıstan, Qırğızıstan və s. ölkələrdə jüri heyətinin üzvüdür.
2013-cü il İtaliya Mərkəzi Televiziya Rai 3 Kanlında Rafaella Carra programında xoreograf olmuşdur. 2014 – 17 illərdə Novosibirsk, Kirgizstan Dövlət xoreografiya akademiyalarında ustad dərslərində, 2014-cü ildə "Brera" adına Milan Mədəniyyət Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində xoreograf olmuşdur. 2014 – 16-cı illərdə Milan Provinsiyası Təhsil Nazirliyini qərarı ilə " Toscanini ", "Don Milani" və "De Amicis" adina orta məktəblərdə dünya xalq rəqsləri dosenti kimi fəaliyyət göstərmişdir. 2015-ci ildə Milan Bələdiyyəsi EXPO Beynəlxalq Sərgisində, 2015 – 17-ci illərdə Elena D'Angelo Milan Operetta Teatrında xoreoqraf olmuşdur. 2017-ci ildə Milan "Arabesque" və "Peşəkar ballet " Sarno rəqs academiyalarında dosent olmuşdur.
Rəqs sahəsində fəaliyyətə görə İtaliyada bir sıra təşəkkürnamə və fəxri diplomlarla təltif edilmişdir.
2017-ci ildə Mədəniyyət və İncəsənət sahəsində nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür.