Makedoniya adı uğrunda mübahisə

Makedoniyanın coğrafi və siyasi bölünüşü

Makedoniya adı uğrunda mübahisəYunanıstanŞimali Makedoniya arasında uzun müddət davam etmiş mübahisə. Bunun səbəbi odur ki, Yunanıstanın ən qədim bölgələrindən biri də Makedoniya adlanır. Afina öz qonşusundan ölkəyə elə bir ad verməyi tələb edirdi ki, bu, gələcəkdə Yunanıstan ərazisinə yarana biləcək iddialara şərait yaratmasın.

BMT-nin vasitəçiliyi ilə bu ölkələr arasında aparılan danışıqlar 2008-ci ildə Yunanıstanın Makedoniyanın NATO-ya üzv qəbul olunmasına qarşı çıxdıqdan sonra dayandırılmışdır.

2010-cu ildə rəsmi Afina keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olmuş Makedoniyanın "Şimali Makedoniya" adlandırılmasına razı olduğunu bəyan etmişdir. Bu fikri Yunanıstanın xarici işlər nazirinin birinci müavini Dimitris Droustas bildirmişdir. Rəsmi Afina əks təqdirdə Yunanıstanın Makedoniyanın Avropa İttifaqına və NATO-ya üzvlüyə qəbul edilməsinin qarşısını bundan sonra da alacağını bəyan etmişdir.

Yunanıstanın təzyiqləri nəticəsində ölkənin adı BMT-də Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) (mak. Поранешна Југословенска Република Македонија - ПЈРМ) kimi qəbul edilmişdi.[1] 12 iyun 2018-ci ildə Makedoniya və Yunanıstan hökumətləri 27 illik ad mübahisəsinə son qoymaq üçün ilkin razılığa gəlmişdirlər. Bu danışıqlar ölkənin Şimali Makedoniya Respublikası (mak. Република Северна Македонија) adlandırılması ilə nəticələnmişdir.[2]

  • "Cəmiyyət və Din" qəzeti. Bakı, 8-14 aprel 2010, № 13 (048), səh. 4.
  • Igor Janev, Legal Aspects of the Use of a Provisional Name for Macedonia in the United Nations System, AJIL, Vol. 93. no 1. 1999.
  1. "United Nations Resolution 225 (1993)". 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
  2. "Macedonia and Greece: Deal after 27-year row over a name". BBC News. 12 iyun 2018. 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2018.