Makome M'Bovole işi — Fransada müfəttiş Paskal Kompen tərəfindən başından odlu silah ilə vurulan Makome M'Bovolenin ölümündən sonra başladılan məhkəmə işi.[1] Hadisə 6 aprel 1993-cü ilda Parisin XVIII arondismanında yerləşən Qran-Karyer polis idarəsində baş vermişdir. Polis şübhəlini qorxutmaq istədiyi zaman silahının maqazininin boş olduğunu düşünərək təsadüfən atəş açdığını bildirmişdir. Makomé M'Bovoleni qəsdən öldürməkdə günahlandırılan 38 yaşlı müfəttiş Paskal Kompen 15 fevral 1996-cı ildə Paris Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəsdən zorakılıq və ölüm ilə nəticələnən zorakılığa görə 8 il həbs cəzasına məhkum edilmişdir.[2][3] Bu iş qəzetlərdə manşetlərə çevrilmişdir, çünki o zaman iştirak edən şahidlər boşaldılmış odlu silah və ya ov tüfəngindən istifadə edərək şübləliləri qorxutmağı adət etdiklərini etiraf etmişdilər.[1][4] Hadisələr "Amnesty International" təşkilatının hesabatında qeyd edilmişdir.[5] Məhkəmə işi həmçinin, üç günlük iğtişaşlara, o cümlədən Parisin mərkəzində kütləvi talanlara, etirazçı dəstələr ilə polis arasında toqquşmalara səbəb olmuşdur.[6]