Makrometeorologiya üsulu vasitəsilə atmosferin ümumi sirkulyasiyasının xarakterinin uzunmüddətli dəyişməsinin və bununla əlaqədar olaraq müxtəlif coğrafi rayonlarda havanın proqnozunu hazırlamaq mümkündür. Sinoptik meteorologiyada olduğu kimi, makrometeorologiyada da bir çox hallarda sinoptik üsuldan istifadə edilir. Makrometeorologiya üsulunu sinoptik üsuldan fərqləndirən bir sıra xüsusiyyətlər mövcuddur. Bunlara öyrənilən proseslərin zaman və məkana görə müxtəlif miqyasda dəyişməsini aid etmək olar. Məsələn, qısamüddətli proqnoz ucun ilkin yanaşmada baxılan nisbətən böyük olmayan rayonun cari və bir-iki gün əvvəlki sinoptik və yüksəklik xəritələrinin təhlili ilə kifayətlənmək olursa, uzunmüddətli proqnozlar ucun bunlar azdır. Burada bir necə günü, həftəni, hətta bir necə ayı əhatə edən proseslərin təhlili lazımdır.[1]