Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir).
Maksim Mirnıy | |
---|---|
belar. Максім Мікалаевіч Мірны | |
Vətəndaşlığı | |
Doğum tarixi | 6 iyul 1977[1] (47 yaş) |
Doğum yeri | |
Boyu | 196 sm |
Çəkisi | 93 kq |
Karyeranın sonu | 29 noyabr 2018 |
İşlək əli | sağaxay[d][3] |
Sayt | maxmirnyi.com |
Vikianbarda əlaqəli mediafayllar |
29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir [4].
Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir.[5]
Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014).[6]
Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi.
Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir.[7] Minskdə isə - tennis kortu, idman salonu və gözəllik salonu olan idman mərkəzi fəaliyyət göstərir.
1994-cü ilin mayında, 16 yaşında, Maksim Devis Kubokunun seçmə mərhələlərində Belarusiya yığması üçün debüt etdi. 1996-cı ilin iyun ayında ilk dəfə Rosmalendə ATP turnirinin əsas yarışlarında çıxış etdi. Həmin ilin iyul ayında, Mançesterdə ATP Challenger seriyasında ilk cütlük titulunu qazandı. Mövsümün sonunda, Amarillodada növbəti cütlük qələbəsini qazandı. Maksim xüsusilə cütlüklərdə uğurlu idi. Uzun müddət Davis Kubokunda Belarus komandasının lideri olmuşdur.