Maksimov binası - Rostov-na-Donu şəhərinin ərazisində yerləşən, XIX əsrin ortalarında klassizm memarlıq üslubunda inşa edilən bina. Bu Rostov-na-Donu şəhərində daşdan inşa edilmiş və günümüzə qədər gəlib çatan ən qədim binalardan biridir. Binanın iık sahibi tacir P. R. Maksimov Maksimov binası Rusiyanın mədəni irs obyekləri siyahəsına daxildir[1]. Regional əhəmiyyətliyi ilə seçilir.
Maksimov binası | |
---|---|
rus. Дом Максимова | |
47°13′04″ şm. e. 39°42′51″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 1867 |
Memarlıq quruluşu | klassizm |
Vikianbarda əlaqəli mediafayllar |
1867-ci ildə Köhnə (Bazarnoy) meydanda iki mərtəbəli gəlir evi inşa edilir[2]. Bu bina taxıl satışını həyata keçirən tacir P. R. Maksimova məxsus olmuşdur. O, üstəlik dəyirmanlara sahib idi. Dəqiq olmayan məlumatlara görə binanın layihəsi Trof Şarjinski olmuşdur. 1868-ci ildə binada yeni bir müəsisə açılır. Şəhər duması ora köçürülür. Şəhər duması 1899-cu ilə qədər burada fəaliyyət göstərir. Şəhər duması üçün Bolşaya Sadovaya küçəsində yeni bina inşa edilir. Şəhər dumasından başqa binada müəyyən illərdə digər müəssisələr fəaliyyət göstərmişdir:M. L. Levkovoy qadın uçilişi, Fabrik-zavod tədrisi məktəbi, idman məktəbi, layihə institutu və s. Maksimov binasında çoxlu sayda satış köşkləri olmuşdur. 2000-ci illərdə bina bir necə sahib dəyişdirmişdir. Bu bina ofis, mağaza kimi istifadə edilirdi. Elə bu zaman binanın qorunması barədə mübshisələr başlanmışdı. 2016-cı ilin aprelində Leninski rayon məhkəməsi binanı qorunan mədəniyyət abidəsi statusundan çıxartmişdir[3]. Prokurorluq onun statusunu geri qaytarmağa çslışsa da bir nəticə əldə etməmişdir. Bundan sonra bina rekanstrusiya edilir[4]. 2006-cı ildə binanın divarına xatirə lövhəsi vurulsada 2011-ci ildə təmir zamanı çıxarılmışdır.
Bina Stanislaski küçəsində yerləşir. Binsnın fasadı Müqəddəs Boqorodis Mövludu binasına açılır. Bina klassizm ənənələri üzırində inşa edilmişdir. Birinci və ikici mərtəbənin pəncələrinin üst hissələri yarısirkul firmasına malikdir. Mərkəzi fasad arka pəncətələri ilə sonuclanır.