Malatya Ulu Məscidi — (Battalqazi Ulu Məscidi kimi də tanınır) Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda şəhər divarları arasında yerləşən tarixi məsciddir.
Malatya Ulu Məscidi | |
---|---|
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Təxminən 1224-cü ildə Anadolu Səlcuqlu Sultanı I Əlaəddin Keykubad dövründə tikildiyi güman edilir. İrandakı Böyük Səlcuq İmperiyası Anadoluda məscid memarlıq ənənəsini təmsil edən bir nümunədir. Onun memarı Yakub Bin Ebubekirdir.[1] Müxtəlif illərdə apardığı təmir nəticəsində onun ilkin memarlığında müəyyən dəyişikliklər baş vermişdir. 1273-1274-cü illərdə aparılan təmirlə binanın şimalına bir hissə əlavə edilmişdir. Sonuncu dəfə 1980-ci illərdə təmir olunub. Onun 2023-cü il fevralın 6-da baş verən zəlzələdə çökdüyü bildirilir.[2]