Malaya Çerepaxa çayı — Taqanroq ərazisindən axaraq Azov dənizinə tökülən kiçik çay
Malaya Çerepaxa çayı | |
---|---|
rus. Малая Черепаха | |
Ölkə | Rusiya |
Mənsəbi | Azov dənizi |
Uzunluğu | 3 km |
DSR[ru] | 05010501012599000000060 |
Malaya Çerepaxa çayı eyni adlı ərazidən axır[1]. Çayın uzunluğu 3 kilometrdir[2]. Malaya Çerepaxa çayı Taqanroq atçılıq zavodu ırazisindən axaraq Azov dənizinə tökülür.
Axdığı ərazinin bir hissədi bstaqlıqlaşmış ırazisir. Bu səbəndən burada kollektorlar quaşdırılmışdır. Kollektor diametri 2 metr olan borularla çəkilmişdir.
Malaya Çerepaxa çayının yatağı tullantılarla doldurulmuşdur. Çayın datağında yerləşən lilin qalınlığı dörd metrə çatır[3].
2005-ci ildə Malaya Çerepaxa çayında suyun keyfiyyətini yoxlamaq məqsədi ilə aparılan manitorinqin nəticələri: Ammonium (1,4 PDK), Nitrit (47,8 PDK), Fosfat (1,7 PDK), Marqans (6,3 PDK), Dəmir ( 2,4 PDK), Neft məhsulları (3,2 PDK), Nikel (2,3 PDK), Molibden (8 PDK). Suyunun fərkibi ağır metallsrla çirkləndirilmişdir.
Malaya Çetepaxa çayının açıq hissəsi güçlü şəkildə bataqlıqlaşmışdır. Bu isə Oktyabrskaya və Sosialistiçeskaya küçələrinin su basmasına səbəb olur. 2015-ci ildə Taqanroq dənizçilik kollecinin tələbələrinin təşəbbüsü ilə SIFE təşkilatının dəstəyi ilə Malaya Çerepaxa çayınln yatağı tullantılardan təmizlənmişdir[4].
2015-ci ilin oktyabrında Təhsil Nazirliyinin dəstəyi və Taqanroq proftexuçilişinin tələbələrinin iştirakı ilə iməclik keçiiilmişdir. Bu iməclik zamanı 60 nəfər könüllü iştirak etmişdir[5]. Ərazinin təmizlənməzi zamanı 4 maşın tullantı təmizlənmişdir[6].