Maliyyə Monitorinqi Xidməti (Azərbaycan)

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin (PL/TM) qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən orqandır.

Maliyyə Monitorinqi Xidməti
  • Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Yaradılma tarixi 2009
Əvvəlki qurumlar Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti
Tabelik Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Ünvan Bakı şəhəri, Bül-bül prospekti, 40 AZ1014
Rəhbərlik
İdarə Heyətinin sədri Zaur Fəti-zadə[1]

Rəsmi saytı www.fiu.az

Tarix[redaktə | mənbəni redaktə et]

10 fevral 2009-cu il tarixində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 767-IIIQ saylı [2] Qanunun qəbul edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2009-cu il tarixli 66 nömrəli Fərmanı ilə Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasının Mərkəzi Bankının yanında müstəqil struktur vahidi olaraq yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 760 saylı Fərmanı [3] ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs kimi yaradılmış və Maliyyə Monitorinqi Xidməti struktur vahidi olaraq onun tabeliyində fəaliyyət göstərmişdir.

25 may 2018-cı il tarixli 95 nömrəli Fərmana [4]uyğun olaraq, Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatasından ayrılaraq fəaliyyətini publik hüquqi şəxs kimi davam etdirir.

24 fevral 2020-ci ildə 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman [5] ilə Maliyyə Monitorinqi Xidməti fəaliyyət müstəqilliyi təmin edilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməyə başlayıb.

Məqsəd[redaktə | mənbəni redaktə et]

Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsinə əsasən müəyən edilmiş məqsədlərə xidmət edir:[6]

  • Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, vahid tənzimləməni həyata keçirmək, siyasətin formalaşmasında və həyata keçirilməsində iştirak etmək;
  • Milli risk qiymətləndirilməsini həyata keçirmək, bu istiqamətdə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək;
  • Monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, onlardan daxil olan məlumatları toplamaq və təhlil etmək;
  • Monitorinq subyektlərindən məlumatların əldə edilməsi, təhlili və mübadiləsi vasitəsilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dəstək vermək.

MMX-nin idarə olunması[redaktə | mənbəni redaktə et]

MMX-nin idarəetmə orqanı MMX-yə rəhbərliyi və nəzarəti həyata keçirən İdarə Heyətidir. İdarə Heyətinin tərkibi Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç üzvdən – Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini ─ İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin səlahiyyət müddəti 5 ildir. [7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Z.İ.Fəti-zadənin Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
  2. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında". 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-14.
  3. "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında". 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-14.
  4. "Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-14.
  5. "Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.
  6. "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında". 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-14.
  7. "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]