Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin (ƏL/TM) qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən orqandır.
Maliyyə Monitorinqi Xidməti | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 2009 |
Əvvəlki qurumlar |
Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti |
Tabelik | Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi |
Ünvan | Bakı şəhəri, Bül-bül prospekti, 40 AZ1014 |
Rəhbərlik | |
İdarə Heyətinin sədri | Zaur Fəti-zadə[1] |
|
|
Rəsmi saytı | www.fiu.az |
30 dekabr 2022-ci il tarixində "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" 767-IIIQ saylı Qanunun qəbul edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2009-cu il tarixli 66 nömrəli Fərmanı ilə Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasının Mərkəzi Bankının yanında müstəqil struktur vahidi olaraq yaradılmışdır.[2]
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 760 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs kimi yaradılmış və Maliyyə Monitorinqi Xidməti struktur vahidi olaraq onun tabeliyində fəaliyyət göstərmişdir.[3]
25 may 2018-cı il tarixli 95 nömrəli Fərmana uyğun olaraq, Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatasından ayrılaraq fəaliyyətini publik hüquqi şəxs kimi davam etdirir.[4]
24 fevral 2020-ci ildə 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman ilə Maliyyə Monitorinqi Xidməti fəaliyyət müstəqilliyi təmin edilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməyə başlayıb.[5]
Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsinə əsasən müəyən edilmiş məqsədlərə xidmət edir:[6]
MMX-nin idarəetmə orqanı MMX-yə rəhbərliyi və nəzarəti həyata keçirən İdarə Heyətidir. İdarə Heyətinin tərkibi Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç üzvdən – İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin səlahiyyət müddəti 5 ildir.[7]