Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi

Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi AgentliyiAzərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar agentlik vasitəsilə həyata keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradılacağı qeyd edilib. Fərmanla Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə təsdiq edilib. Fərmanda bildirilib:

" Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının 1-ci hissəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə həyata keçiriləcək. "

[1]

  1. "Prezident yeni Dövlət Agentliyi yaratdı - FƏRMAN". 2019-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]