Maliyyə institutu

Maliyyə institutu — maliyyə-kredit sistemində fəaliyyət göstərən təşkilat. Qərb iqtisadi ənənəsinin şərhində maliyyə institutları investorlar (ev təsərrüfatları) və sahibkarlar (investisiyaların istehlakçıları) arasında vasitəçilərdir.

Geniş çərçivədə maliyyə institutunun üç əsas növü var:[1][2]

  1. Depozit təşkilatı — əmanətləri qəbul edən və idarə edən və kredit verən təşkilat, o cümlədən bank, tikinti cəmiyyəti, kredit ittifaqı, trast şirkəti və ipoteka brokeri;
  2. Müqavilə təşkilatı — sığorta şirkəti və pensiya fondu
  3. İnvestisiya təşkilatı — investisiya bankı, anderrayter və investisiyaları idarə edən digər müxtəlif növ maliyyə qurumları.
  1. Siklos, Pierre. Money, Banking, and Financial Institutions: Canada in the Global Environment. Toronto: McGraw-Hill Ryerson. 2001. səh. 40. ISBN 0-07-087158-2.
  2. Robert E. Wright and Vincenzo Quadrini. Money and Banking: Chapter 2 Section 5: Financial Intermediaries.PDF Arxiv surəti 4 iyul 2017 tarixindən Wayback Machine saytında. Accessed July 24, 2012.