Maltusçular

Maltusçular — (yeni maltusçularda deyilir. Bunların opponentləri onları qara fikirli, pessimist adlandırırlar) belə fikirdədilər ki, əgər müasir ənənələr saxlanılarsa dünya əhalisi həddindən çox artacaq, dünya indikinə nəzərən daha çox çirklənəcək, bir çox ehtiyat növləri deqrodasiya olunacaq və yaxud tükənəcəkdir.

Onlar inanırlar ki, hazırkı vəziyyət ciddi siyasi və iqtisadi toqquşmalara (kolliziya) gətirib çıxaracaq, nə qədər ki, varlılar varlanacaq, kasıblar isə kasıblayacaq nüvə və adi silahlardan istifadə etməklə müharibə təhlükəsi artacaqdır.

Yeni maltusçular termini 1789-cu ildə ingilis ruhanisi və iqtisadçısı Tomas Robert Maltus (1766-1834) tərəfindən irəli sürülmüş hipotezanın müasir10 və genişləndirilmiş versiyasının tərəfdarlarına verilən ad əasasında yaranmışdır.

O hesab edirdi ki, əhalinin eksponensial qanunla artması, nəticədə məhdud ərzaq ehtiyatlarının qurtarması baş verəcək və bu zaman aclıqdan, xəstəliklərdən və müharibələrdən əhalinin sayı azalacaqdır.