Mama (film, 2013)

Mama - İspaniya-Kanada ortaq istehsalı olan 2013-cü il

Mama
Mama
Janr Qorxu, gərilim
Rejissor

J. Miles Dale

Bárbara Muschietti
Əsərin müəllifi Andrés Muschietti
Ssenari müəllifi

Andrés Muschietti

Bárbara Muschietti
Distribütor Universal Pictures
Müddət 100 dəqiqə
Ölkə

İspaniya

Kanada
Dil İngilis
İl 2013
Rəng Rəngli

qorxu filmi.

Süjet[redaktə | mənbəni redaktə et]

2008-ci ildə maliyyə böhranında var-dövlətini itirdiksən sonra pərişan olan birja dəllalı Cefri Desanc kiçk qızları 3 yaşlı Viktoriya və 1 yaşlı Lilini aparmazdan əvvəl həmkarlarını və ayrıldığı arvadını öldürür. Qarlı yolda təhlükəli sürən Cefri və qızlar avtomobil qəzasına düşür. Ancaq onlar sağ-salamat qəzadan qurmtula bilirlər, amma Viktoryanın eynəyi sınır. Cefri uşaqları təek edilmiş bir evə aparır. Qızlarını və sonra özünü pldürməyi plandıran Cefri Viktoriyanı vurmağa hazırlaşarkən kölgəli bir fiqur tərəfindən öldürülür.

Beş ildən sonra Cefrinin eyni yumurt akizi qardaşı Lukasın maliyyələşdirdiyi xilasetmə qrupu indi 8 yaşlı Viktoriya və 6 yaşlı Lilini tərk edilmiş evdə sağ, amma illərlə təcrid olunduqları üçün vəhşiləşmiş vəziyyətdə tapır. Qızlar doktor Cerald Dreyfusun nəzarəti altında klinikaya yerləşdirilir. Onlar sirli ana qoruyucu fiquru olan "Mama"dan bəhs edirlər. Qızlar əvvəlcə Lukasa düşmən münasibət bələyirlər. Lakin Viktoriya eynəyi verildikdən sonra onu düzgün şəkildə görür və tanıyır. Viktoriya mədəni ev həyatına tez alışır, Lili isə vəhşi davranışlarının çoxunu saxlayır.

Lukas sirli varlıq tərəfindən hücuma məruz qalır və komaya girir. Beləliklə Annabel qızlara tək baxmağa məcbur olur. Annabel ilə Viktoriyanın arası get-gedə düzəlir. Amma Lilli yenə də mədəni həyata qarşı soyuqdur. Qəribə qadının kabusları və Viktoriyanın Mama haqqında xəbərdarlığından təşvişə düşən Annabel Dreyfusdan araşdırma aparmasını xahış edir. Dreyfusun araşdırması 1800-cü illərdə vəfat edən ruhi xəstə sığınacaq xəstəsi Edit Brennanın hekayəsini işıqlandırır. Dreyfus hökumət anbarından içində körpənin qalıqları olan qutunu çıxarır.

Annabel Editin keçmişini açan bir yuxu görür. Edit sığınacağa göndərilərkən uşağı rahibələrə verildi. O, qaçıb körpəsini geri götürərək rahibəsi bıcaqlayıb. Təqibçilərdən qaçaraq hündür bir uçurumdan tullandı, amma aşağıdakı suya çatmamış o və körpə bpyük bir budaqla toqquşdular. Edit boğuldu, amma uşağımn cəsədi budaqdan asılı qaldı. Annabel anlayır ki, Edit uşağın ağacda asılı qaldığını və niuə onunla birlikdə suda olmadığını başa düşməyib. Editin qorxunc ruhu Mama Viktoriya və Lilini tapana və onlara analıq edənə qədər illər boyu öz uşaöını meşədə axtarıbmış.

Ölən əkizinin görüntüsü ona qızlarını xilas etməyi söylədikdən sonra Lukas özünə gəlir. Viktoriyanın Annabelllə artan yaxınlığı ou Lilidən fərlqi olaraq Mama ilə oynamağa daha az həvəsli edir. Dreyfuss tərk edilmiş evə gedir və Mama tərəfindən öldürülür. Mama həmçinin qızların xalası Cini öldürür və uşaqları aparmaq üçün onun bədənindən istifadə edir. Annavel və Lukas uşaqları Mama və körpəsinin tullandığı eyni uçurumda tapırlar.

Uşağının qalıqlarını Dreyfusun qutusunda tapan Annabel onu Mamaya uzadır. Mama itirdiyi körpəsini tanıyır və onun görünüşü qısa müddətə insana çevrilir. Bununlabelə Lili Mamanı çağırır və Mama qorxunc formuna geri qayıdır, qızları götürməyə cəld göstərir. Viktoriyada Liliyə Mama ilə getmək yerinə Annabel ilə qalmaq istədiyini deyir. Mama bunu qəbul edir və Lili ilə birlikdə uçurumdan aşağı düşür. Mama və Lili budaqla toqquşmazdan əvvəl sevinclə uqucaqlaşırlar və sonra güvə yığınına çevrilirlər. Annabel və Lukas Viktoriyanı qucaqlayır. Bu an Viktoriya əlinə güvənin qonmasını görür və Lilinin hələ də ruhən onunla olduğunu anlayır.

Aktyor heyəti[redaktə | mənbəni redaktə et]

  • Jesika Kastain - Annabel
  • Nikolaj Koster-Valdau - Luka
  • Meqan ÇarPpenter - Viktoriya
  • Caviar Botet - Mama

İstehsal[redaktə | mənbəni redaktə et]

"Mama" ölkədaxili 12.4 milyon dolar gəlir əldə edib[1].

Mükafatlar[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mama (2013) - Financial Information. İstifadə tarixi:14.10.2024". 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-13.