Maneələrlə qaçış

Avstriyadan Leon Okafor, Linsdəki 2018 tədbirində bir maneənin üstündən tullanarkən
Qadınlar arasında keçirilən 400 m məsafəli maneələrlə qaçış

Maneələrlə qaçış atletikada qaçış məsafəsinə qoyulan maneələrlə çətinləşdirilmiş sprint qaçışıdır. Buna görə də atletika sahələri arasında ən çox koordinasiya və texniki əməkdaşlığa ehtiyac duyulan sahələr sırasında hesab olunur.

Müasir atletikada qaçış məsafələri

[redaktə | mənbəni redaktə et]

Bu, yalnız qadın idmançıların yarışlarında olan məsafədir. 10 maneə mövcuddur. Start xəttindən birinci maneəyə qədər olan məsafə 13 metr, digər maneələr arasındakı məsafə isə 8,5 metrdir.

Bu gün kişilərin qaçdığı uzunluqdur.10 maneə mövcuddur. Birinci maneəyə 7-8 addımda çatılır, maneələr arasındakı məsafə isə 3 addıma keçilir.

10 maneə mövcuddur. Birinci maneəyə qədər 45 metr mövcuddur. Maneələr arasındakı məsafə 35 metrdir. Son maneədən sonra 40 metr qaçılır. Bəzi dünya səviyyəli idmançılar iki maneə arasındakı məsafəni 12 addıma keçə bilirlər.

3000 m maneəli

[redaktə | mənbəni redaktə et]

7 ədəd yaş və 28 ədəd quru maneə mövcuddur. Birinci maneəyə qədər olan məsafə 220 metr, maneələr arasındakı məsafə 78 metr, sonuncu maneədən finişə qədər olan məsafə isə 70 metr təşkil edir.

Olimpiya xəndək qaçışı kişi və qadın bölmələrində keçirilən 3000 metr məsafəyə qaçışdır. Xəndək yarışının trasında 28-i quru, 7-si yaş olmaqla 35 maneə mövcuddur. Yarış iştirakçıları maneələrin üstündən basaraq keçə və ya maneələrin üstündən atlayaraq keçə bilərlər. Maneələr arasındakı orta məsafə 78 m təşkil edir. Maneələrin hündürlüyü 91,1-91,7 sm, eni 3,66 m, çəkisi 80-100 kq təşkil edir. Onlara toxunan zaman aşmayacaq formada hazırlanmışdırlar və ən daxildə yerləşdirilmiş olan üç zolağa bərkidilirlər. Hər iki ucunda 120-140 sm arasında özüllər mövcuddur. Başlanğıc nöqtəsindən 270 m-ə qədər heç bir xəndək yoxdur. Hər dövrədə 5 maneə mövcuddur. Onlardan dördü quru, biri isə suludur. Su xəndəyinin eni və uzunluğu 3,66 m, maneəyə ən yaxın olan suyun dərinliyi isə 70/75 sm arasında dəyişir. Yarış iştirakçıları su maneəsini dəf edərkən maneənin üzərində addımlaya bilərlər. Su xəndəyinin qarşısındakı maneə yerindən tərpənməyəcək formada xəndəyin qarşısına yerləşdirilməlidir. Xəndək yarışının iştirakçısı olan idmançı maneənin yaxınlığından keçərsə, su maneəsinin içindən və ya üstündən keçməzsə, ayağını və ya qıçını maneənin yanından keçirərsə, diskvalifikasiya edilir.

Ölçülər və Çəkilər (3000 məsafədəki maneələr istisna olmaqla)

[redaktə | mənbəni redaktə et]
  • Maneənin eni = Maksimum 1,20 m
  • Ayağın uzunluğu = Maksimum 70 sm
  • Maneə lövhəsinin eni = 7 sm
  • Maneənin ümumi çəkisi = Ən azı 10 kq

Qısa məsafəli maneələrlə qaçış 4 bölmədə tədqiq edilir.

  1. Çıxış və birinci maneəyə qədər sürətlənmə
  2. Maneəni keçmək
  3. Maneələr arasında qaçmaq
  4. Başa çatdırma, yəni finiş

Texniki cəhətdən qısa məsafəli maneələrdə qaçış zamanı müvəffəqiyyət aşağı çıxışın həyata keçirilmə üsulundan, birinci maneəyə qədər olan məsafə daxilindəki sprintdən, təkrarlanan maneə keçidlərinin keyfiyyətindən (hər bir maneəni keçən zaman mümkün qədər az vaxt itkisi yaşanmalıdır, yəni maneələr arasındakı məsafə ən az zaman itkisi ilə qət edilməlidir), maneələr arasındakı qaçışın formasından və finiş qaçışının formasından asılıdır.

Qısa məsafəli maneələrlə qaçış zamanı sürət, sürətdə davamlılıq, intensiv güc və tullanma, hərəkət intensivliyi, koordinasiya və tarazlılıq, ritm hissi, oynaqların hərəkətliliyi, boy və ambisiya tələb olunur.