Mangus

Manqus - türk və altay mifologiyasında xortdan, nəhəng, əjdaha kimi məfhumları əhatə edən qorxunc varlıq. Türk dillərində Manqıs, Monqus, Moqus və Monqol dillərində Monqas, Manqas olaraq ondan bəhs edilmişdir. Amırqa Monqus qorxunc bir divin adıdır. Andalma Moğus isə Erlik tərəfindən yaradılmış bir əjdaha olub dənizdən dilini çıxararaq insanları tutub udar. Monqol mifologiyasında Karamanqıs adlı bir əjdaha tapılar. TunqusMancur mifologiyasında da bənzər xarakterlərə mailk personajlar vardır. Buryatlarda keçən Manqaday (Manqatkaş) isə çox başlı əjdahadır. Dünyanın qurtaracağında yaşayarlar və çox iri cüssəlidirlər. Çox vaxt qara və sarı rəngdədirlər. İrandaki ateşpərəst cadugər / rahibləri ifadə edən Maquşlar (Atəşpərəstlər) ilə əlaqədar olduğu qarşıya qoyulmaqdadır, lakin aradakı oxşarlıqlar kifayət qədər deyil. Etrusk mifologiyasındakı Mantus adlı şeytanı varlıq ilə də əlaqəsinin olduğu ehtimalı da vardır.

Amırqa[redaktə | mənbəni redaktə et]

Amırqa və ya (Amırqa Manqus); türk və xüsusilə monqol mifologiyasında nəhəng. Amurqa (Aburqa, Aburya, Avraqa, Abarga, Avraya) olaraq da deyilər. Vəhşi, qorxunc və nəhəng varlıqdır. Qorxunc bir nəhəng olaraq görülər. Bundan başqa tuvalarda güləşçilərin yüksəldiyi ən son səviyyə ünvanı da bu adla xatırlanır.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Man / Ban) və (Mog / Boğ) kökündən törənmişdir. Boğaz, boğmaq hərəkətləriylə əlaqəli ola bilər. Bundan başqa Man ​​kökü heybətlilik və böyüklük ifadə edir. Türkcədə Yağan / Yağna, Monqol Zaga, Tuvaca Çağan sözləri ilə eyni kökdən gəlir və bunların hamısı fil deməkdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]

Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.