Manipulyatorlar

Manipulyatorlar-kursoru idarə etmək istifadə olunan xüsusi qurğulardır.Maus kompüterlə xüsusi blok-adapter vasitəsi ilə kabellə əlaqələnmişdir və onun hərəkətləri displeyin ekranında kursorun uyğun yerdəyişmələrinə çevrilir. Qurğunun yuxarı hissəsində hərəkətin başlanğıcını və sonunu verməyə, menü seçilməsini həyata keçirməyə və s. imkan verən idarəedici düymələr yerləşir.

Coystik adətən qol dəstəkdir hansının ki şaquli vəziyyətdən meyl etməsi kursorun monitorun ekranında uyğun istiqamətdə yerdəyişməsinə gətirir. Tez-tez kompüter oyunlarında istifadə olunur.Bəzi modellərdə coystiklərdə təzyiq vericisi montaj edilir. Bu halda istifadəçi dəstəyi nə qədər qüvvətli sıxırsa,kursor displeyin ekranında o qədər cəld hərəkət edir.

Trekbol- korpusun yuxarı hissəsinin daxilində qurulmuş kürəcikli kiçik qutudur.İstifadəçi əllə kürəciyi fırladır və uyğun olaraq kursorun yerini dəyişir.Mausdan fərqli olaraq, trekbol kompüterin yanında sərbəst məkan tələb etmir, onu tez-tez noutbukun korpusu daxilində quraşdırırlar.

Dicitayzer hazır təsvirlərin(çertyoj, xəritə) rəqəm formasına çevrilməsi üçün qurğudur. Masa üzərində yerləşən müstəvi panel planşetdən və planşetdə mövqeyin göstərilməsinə kömək edən xüsusi alət - qələmdən ibarətdir. Qələmin planşet üzrə yerdəyişməsi zamanı onun koordinatları yaxın yerləşən nöqtələrdə qeyd olunur hansılar ki, sonra kompüterdə tələb edilən ölçü vahidlərinə çevrilirlər.