Manuş Baba

Mustafa Özkan (1 dekabr 1986, Tarsus)-Manuş Baba olaraq səhnələrdə yer alan Türk musiqiçi. Əslən Diyarbakırlı bir ailədə doğulub. İbtidai sinfi 4-cü sinifə qədər Tarsus Turqut İçgörendə oxuyub.[1] 1996-cı ilin yazında atası Antalyada mövsümi fəhlə işləyəndə ailəsi ilə birlikdə Antalyaya köçüb. İbtidai və orta təhsilini Antalyada Barbaros İbtidai məktəbində, orta təhsilini isə 2005-ci ildə Qazi Liseyində başa vurub.[2] O, musiqiyə ilk addımını orta məktəb illərində atasının ona aldığı gitara ilə atıb. Bir müddət gitara, xanəndəlik və musiqi təhsili dərsləri aldıqdan sonra 2010-cu ildə Akdeniz Universiteti Gözəl Sənətlər Fakültəsinin Musiqi Bölməsini qazanıb.[3] Təhsil aldığı müddətdə Günəşə Səyahət qrupunun vokalisti kimi Antalyanın müxtəlif məkanlarında səhnəyə çıxıb.

Manuş Baba
Mustafa Özkan
Ümumi məlumatlar
Doğum adı Mustafa Özkan
Ləqəbi Manuş Baba
Doğum tarixi (37 yaş)
Doğum yeri Tarsus, Mersin
Vətəndaşlığı Türkiyə Türkiyə
Milliyyəti Türk
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqiçi, Söz yazarı
Fəaliyyət illəri 2010-
Musiqi alətləri Gitara, Mandolin
Albom şirkətləri Kınay, DMC
Manuş Baba.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaq vaxtlarında nənəsi ona balaca, gözəl uşaq mənasını verən Manuş deyə səslənirmiş, və körpə ikən danışmağa başlayanda ağzından çıxan ilk söz Baba olduğuna görə o özünə səhnə adı olaraq Manuş Babanı seçib.

O, pop,rok və eksperimental adlandırdığı öz bəstələrini və şərh yazılarını şəxsi internet səhifələrində, sosial şəbəkələrdə və konsertlərində paylaşaraq ad çıxarıb. 2016-cı ildə üç sinqlı buraxdıqdan sonra 2017-ci ilin iyul ayında ilk studiya albomu "Dönersen Islık Çal"-ı buraxdı.[4]

Albomlar

• Dönersen Islık Çal (2017)

• İki Gözümün Çiçeği (2019)

Sinqıllar

• İstanbul

• Aşkın Kederi

• Değmez

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]