Türkiyə Maoçu Kommunist Partiyası (türk. Maoist Komünist Partisi; MKP) Türkiyədə marksist–leninist–maoçu üsyançı təşkilat. Türkiyədi maoçu təşkilatların ən əhəmiyyətlisidir. İbrahim Qaypaqqayanın mirasını qoruyur. Onun iki silahlı qanadı var: Xalq Partizan Qüvvələri (Partizan Halk Güçleri və ya PHG) və Xalq Qurtuluş Ordusu (Halk Kurtuluş Ordusu və ya HKO ).[1] MKP İnqilabçı İnternasionalist Hərəkatının bir hissəsi idi və Balkanlar Kommunist və İşçi Partiyalarının Konfransında iştirak edirdi.[2]
Maoçu Kommunist Partiyası | |
---|---|
Quruluş tarixi | 1994 |
Saytı | mkp-bim.info |
Vikianbarda əlaqəli mediafayllar |
Partiyanın iki silahlı qanadı var: kənd yerlərində Xalq Qurtuluş Ordusu və şəhərlərdə Xalq Partizan Qüvvələri.[3] Maoçu Gənclər Birliyi (türk. Maoist Gençlik Birliği) MKP-nin gənclər təşkilatıdır. Maoçu Qadınlar Birliyi (türk. Maoist Kadınlar Birliği) MKP-nin qadın təşkilatıdır. Partiyanın "Devrimci Demokrasi" və "Sınıf Teorisi" adlı iki dövri nəşri var.[4]
2009-cu ilin mart ayında Kandıra F tipli həbsxanada 2000-ci ildə aclıq aksiyası keçirən həkim Tamer Bilici MKP-HKO tərəfindən "xalq düşməni" elan edilərək "cəzalandırılmışdır", çünki o, məhbusların ölümlərində və daimi əlilliklərində günahkar bilinirdi.[5] 2009-cu ilin sentyabrında MKP-HKO istefada olan polkovnik Aytəkin İçməzin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüşdür. 2015-ci ilin iyununda MKP-PHG keçmiş polkovnik Fəhmi Altınbiləki öldürmüşdür.[6]
Təşkilat Təhlükəsizlik Baş İdarəsi Terrorla Mübarizə və Əməliyyatlar Şöbəsinin 2007-ci il tarixinə görə Türkiyədə fəaliyyət göstərən 12 terror təşkilatı sırasında yer almışdır.[7]