Maqdalena Roqman

Maqdalena Roqman (nid. Magdalena Roghman; 1637, Amsterdam, Hollandiya qraflığı1679, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı.[1]

Maqdalena Roqman
nid. Magdalena Roghman
Maqdalena Roqmanın qravürü, "Faciə üçün cəbhə" (1650)
Maqdalena Roqmanın qravürü, "Faciə üçün cəbhə" (1650)
Doğum tarixi 1637
Doğum yeri
Vəfat tarixi 1679
Vəfat yeri
Fəaliyyəti rəssam, qravüraçı
Janrlar Rəsmxət, qravür
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maqdalena Roqman 13 yanvar 1632-ci ildə Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi. Buna görə Maqdalena qardaşı Rolant Roqman və böyük bacısı Gertruda Roqman anası vasitəsilə məşhur rəssam Rolant Savereyin nəvəsi sayılırdı. Çünki Roland Saver anaları Mariya Yakobs Savereyin əmisi idi.[1] Maqdalena 1669-cu ildə Jan Rulof Heisterlə ailə qurub. Onun uşaqlarının olub-olmadığı, harada və nə vaxt öldüyü məlum deyil.[2]

O, böyük qardaşı məşhur rəssam Rolant və böyük bacısı Gertruda kimi qravür düzəldirdi. O, daha çox Jan Baranın 1650-ci ildə Amsterdamda nəşr edilmiş "Herstelde vorst, ofte Geluckigh Ongeluck" adlı kitabındakı iki qravüradan tanınır.[1] Bu əsər Amsterdamdakı Reyksmüzyemun çap otağında mühafizə olunur.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]