Maqnit çattəyini üsulu

Maqnit çattəyini üsulu ferromaqnit materiallarda səthə və ya ona yaxın yerləşən çatların maqnit sahəsinin köməyi ilə aşkara çıxarılmasına xidmət edir. Daxili strukturunda xəta olmayan ferromaqnit materiallarda maqnit xətləri heç bir maneəyə rast gəlmədən səlis olurlar. Eninə çatlar maqnit xətlərini pozaraq onu kənara yönəldir və burada meyillənmə sahəsi yaradırlar.

Maqnit xəttləri və çaən ətrafında tozun yığılması

Işləmə üsulu

[redaktə | mənbəni redaktə et]

Xətalı yerləri göstərmək üçün ferromaqnit dəmir oksidi tozundan istifadə olunur. Bu üsulla eni 10-3 və 10-4 mm arasında yerlşən çatı təyin etmək olur. Yüksək maqnit sahəsi tətbiq etməklə səthdən 8 mm dərinliyə qədər yoxlama sahəsini artırmaq mümkündür. Yoxlanan hissənin maqnitləşdirilməsi üçün sabit və dəyişən cərəyanla yaradılan maqnit sahələrindən istifadə olunur. Üsullardan biri ondan ibarətdir ki, hissə nal formalı metalın köməyi ilə yaradılmış maqnit sahəsində yerləşdirilsin. Daha başqa bir üsul hissənin bir başa elektrik cərəyanı şəbəkəsinə qoşulmasıdır.

Qütb maqnitləşdirmənin köməyi ilə səthdə eninə yerləşmiş çatlar üzə çıxarıla bilirsə, çevrə boyunca cərəyanla induksiya edilmiş maqnit sahəsi ilə uzununa istiqamətdə olan çatları da tapmaq mümkündür . Bir çox hallarda çatların təyin edilməsində bir istiqamətə üstünlük verilir. Digər istiqamətlərdə çatları aşkar etmək üçün bir-birinin ardınca bir neçə sınaq aparılmalı, ya da kombinə olunmuş sınaq üsulundan istifadə edilməlidir. Maqnitlə yoxlama zamanı florlaşdırılmış tozlardan istifadə olunması çatların optik üsulla izlənməsinə şərait yaradır. Burada tətbiq olunan maqnit tozları rəng piqmentləri ilə bir-biri ilə bağlı olur ki, səthi dalğa uzunluğu 300÷500 nm olan işığa tutduqda çat yerlərində açıq sarı, yaşıl və ya qırmızı rəngə çalan izləri görmək olur. Əldə olunan kontrast səthdə olan çatların daha dəqiq təyininə imkan verir.

Əl ilə işləyən maqnit sahəsi yaradan qurğu.

Bu üsul maqnitləşdirilə bilən bütün materiallarda səthin yoxlanması üçün tətbiq olunur. Üsulun tətbiqi İSO 993402/02-də normativləşdirilmişdir.

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.