Maqsud Şeyxzadənin ev muzeyi — Ağdaş torpağında boya-başa çatmış, sonradan Özbəkistana köçərək orada yaşayıb yaratmış, şair-dramaturq Maqsud Şeyxzadənin ev muzeyi 1989-cu ildə yaradılmışdır.
Maqsud Şeyxzadənin ev muzeyi | |
---|---|
Əsası qoyulub | 1989 |
Mövzu | Tarix |
Yerləşir | Ağdaş şəhəri Müşfiq İsayev küç: 7[1] |
Kolleksiyası | 226 eksponat |
Telefon | (02023) 5 42 63 |
Muzey 1989-cu ildən fəaliyyət gösdərir. Muzeyin əsas fəaliyyəti Maqsud Şeyxzadə irsinin Gənc nəsillərə təbliğ etməkdən ibarətdir.[2]
Muzeyin fondu Maqsud Şeyxzadənin kitablarindan, şəxsi əşyalarından, fotolarından və şair haqqında müxtəlif dövrlərdən çıxan məqalələrdən ibarətdir. Fondda 226 eksponat qorunur. Muzeydə müxtəlif səpkili mədəni-kütləvi tədbirlər həyata keçirilir.[3],