Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən 16 fevral 2016-cı ildə təsis olunmuş Bakı Marşal Klubunun əsas məqsədi marşallar arasında ünsiyyət və əlaqəni gücləndirmək, komanda ruhunu inkişaf etdirmək və üzvlər arasında güclü qarşılıqlı münasibətlər yaratmaqdır. Bakı Marşal Klubu, həmçinin, brendləşmə, promo, müxtəlif tədbirlərin təşkili, yerli və xarici marşallarla ünsiyyətin inkişaf etdirilməsi və Bakı Marşal Mərkəzinin faəliyyətinin həyata keçirilməsinə cavabdehlik daşıyır. Klubun əsas məqsədlərindən biri Marşallıq hərəkatını genişləndirmək və Azərbaycanda bu məşğuliyyət növünü inkişaf etdirməkdir. Bakı Marşal Klubunun üzvləri Bakıda təşkil olunumuş Formula 1 Avropa Qrand Prisi ərzində aktiv şəkildə iştirak etməklə yanaşı, müxtəlif ölkələrdə keçirilən 2016 Formula 1Gulf Air Bahrain Qran Prisi, TCR Bahrain, Porsche GP3 və GP2 , 6 hours of Bahrain WEC, 2016 Formula 1 Etihad Airways Abu Dabi Qran Prisi, 2017 Formula 1 Gulf Air Bahrain Qran Pri, Porsche GT3 Orta Şərq, TCR Beynəlxalq seriya yarışları, 2017 ,2018 2019,2021-ci ildə keçirilən Formula 1 Azərbaycan Qran Prilərində yarışının təşkilində iştirak ediblər. Marşallıq çox əhəmiyyətli fəaliyyət sahəsi olaraq, məsuliyyət, dəqiqlik və bu şəraitdə işləmək üçün güclü istək kimi şəxsi keyfiyyətlər tələb edir. Marşallar – yarış zamanı yarana biləcək müxtəlif halları aradan qaldırmağa hazır ola bilən hərtərəfli bacarıqlara malik şəxslərdir. Dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilatçılığında və keçirilməsində Marşallar böyük əhəmiyyət daşıyır. F1 aləmində Marşallara həmçinin "Yarış Rəsmiləri" də deyilir. Onların işi F1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün Marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təsis edilən Baku Marshals Club marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, müsahibələr və təlimlər keçirir, eyni zamanda beynəlxalq Marşal Klubları ilə də sıx əməkdaşlıq qurur.[1]
Marşallar yerinə yetirdikləri müxtəlif növ vəzifələrə əsasən növlərə bölünürlər:
Trek xəyali olaraq "sektorlara" bölünür və hər bir sektora nəzarət bir Sektor Marşalı və onun bir və yaxud iki müavininə tapşırılır. Hər bir sektorda bir və yaxud bir neçə marşal postu və trek məntəqəsi yerləşə bilər. Hər bir Marşal postunda Müşahidəçilər, Bayraq və Trek Marşalları olur. Bunlarla yanaşı, Yanğın və Trekin Təmizlənməsi (bərpası) heyətləri müvafiq avadanlıqlar və avtomobillərlə birlikdə sektorun tərkib hissəsi hesab olunur. Sektor rəhbəri trek üzrə təyin olunduqları sahədə əsas səlahiyyətli nümayəndə hesab olunur və Sektorda baş verən bütün işlərə görə məsuliyyət daşıyır.
Trek Marşalları halqa boyunca nəzarət postlarında yer alan əsas marşallardır. Onların bir çox vəzifələri var. Trek marşalları rəsmilər arasında ən çox məsuliyyət daşıyan şəxslərdir. Trek Marşalı olmaq üçün zirəklik, komandada işləmək qabiliyyəti, dözümlülük və təcrübə tələb olunur.
FİA qaydalarına əsasən, Bayraq Marşalları trek boyunca Marşal Məntəqələrində Yarış iştirakçılarını bayraq vasitəsilə məlumatlandıran məsul şəxslərdir. Onların başlıca vəzifələri sürücülərlə bayraqlar vasitəsilə əlaqə quraraq, onları qarşıda olan təhlükə barəsində məlumatlandırmaq; qəza anında öz mövqeyində qalaraq yolda baş vermiş təhlükə barədə xəbərdar etməklə digər Marşalların təhlükəsizliklərini təmin etməkdir.
Rəqəmsal Bayraq Marşalları halqa boyu müvafiq mövqelərdə yerləşdirilib, digər Bayraq Marşallarının gördüyü işi görürlər, yeganə fərq odur ki, onlar bayraq əvəzinə displeydən istifadə edirlər.
Start və finiş marşalları yarışı başlamaq və bitirmək üçün damalı bayraqlardan, elektron vaxt tablolarından və digər vasitələrdən istifadə edirlər. Onlar start/finiş xəttində müxtəlif bayraqları (qara bayraq, mexaniki bayraq və s.) göstərməyə görə cavabdehlik daşıyırlar.
Xüsusi təlim görmüş Yanğınsöndürmə və Xilasetmə marşalları, yanğınsöndürmə sahəsində xüsusi təlim keçmiş şəxslərdir. Onlar tədbir zamanı bütün yanğın və xilasetmə işlərinə görə cavabdehlik daşıyır. Onlar halqa boyunca trekin hər iki tərəfində, o cümlədən, Pit Xəttində və Yanğına Müdaxilə Avtomobillərində yerləşdirilir və Yarışa Nəzarət və Baş Yanğın mərkəzinə tabe olur.
Tibbi xidmətlərə, Halqa Katibinin rəhbəriyi altında fəaliyyət göstərən Baş Tibbi Müşavir birbaşa cavabdehlik daşıyır. Bu xidmətə həkim heyəti (həkimlər, tibb bacıları və s.), avadanlıq və nəqliyyat vasitələri vasitəsilə trekdə təxirəsalınmaz kömək, yaralıların daşınması, Tibbi Mərkəz, kommunikasiya, əvvəldən təyin olunmuş xüsusi xəstəxanalar daxildir. Bu xidmətlər hər-hansı bir hadisə zamanı tibbi müdaxiləni təşkil etmək üçün nəzərdə tutulub.
Bu təftiş marşalları gündəlik olaraq hər bir avtomobili, o cümlədən qəzaya uğramış avtomobilləri təftiş edərək təhlükəsizlik və uyğunluq tələblərinə cavab verdiyini müəyyən edir. Baş Təftişçi və onun Köməkçisi tədbir ərzində FIA-nın Texniki Nümayəndəsinin rəhbərliyi altında fəaliyyət göstərir. Baş Təftişçi, FIA Texniki Nümayəndisinin fəaliyyəti üçün lazım olan bütün avadanlıqların təchizatına görə məsuliyyət daşıyır.
Bu marşallar hər bir tədbirdən əvvəl start düzülüşünü qururlar. Onların vəzifələrindən biri tədbir zamanı pit xəttindəki nəqliyyat vasitələrini və insanları yönləndirməkdir.
Bu qrupa evakuator avtomobillərinin heyəti və önların köməkçiləri daxildir. Onların vəzifəsi tədbir zamanı və tədbirdən sonra sıradan çıxmış və hərəkətsiz qalmış avtomobilləri trekdən uzaqlaşdırmaqdır.
Bu Marşallar Rabitəçi və ya Müşahidəçilər kimi tanınırlar. Onlar hər bir marşal postuna təyin edilir, baş verənləri müşahidə edib, Yarışa Nəzarət otağına xüsusi audio rabitə kanalları vasitəsilə məlumat ötürürlər.
Bu təftiş marşalları gündəlik olaraq hər bir avtomobili, o cümlədən qəzaya uğramış avtomobilləri təftiş edərək təhlükəsizlik və uyğunuq tələblərinə cavab verdiyini müəyyən edir.
Bu marşallar hər bir tədbirdən əvvəl start düzülüşünü qururlar. Onların vəzifələrindən biri tədbir zamanı pit xəttindəki nəqliyyat vasitələrini və insanları yönləndirməkdir. Bu marşallar baş geyimi geyinə və ya eynek taxa bilməzlər. Eyni zamanda, onların ciblərində trekə düşə biləcək heç bir əşya olmamalıdı. Bu komandalara rəhbər yarışın yüksək rəsmisi tərəfindən bilavasitə təyin olunmadıqda rəhbərliyə qərarverici səlahiyyətə malik namizəd irəli sürülməlidi.
Bu qrupa evakuator avtomobillərinin heyəti və önların köməkçiləri daxildir. Onların vəzifəsi tədbir zamanı və tədbirdən sonra sıradan çıxmış və hərəkətsiz qalmış avtomobilləri trekdən uzaqlaşdırmaqdır.
Tədbir zamanı digər marşalların məişət təchizatına nəzarət edən marşallar var. Onların vəzifəsi digər marşalları tədbirdən əvvəl və tədbir zamanı yemək, su, avadanlıq, dəftərxana məhsulları, radio qurğuları və geyimlə təmin etməkdir.