Marşal Universiteti — ABŞ-nin Hantinqton şəhərində ictimai tədqiqat universiteti. Universitet ABŞ Ali Məhkəməsinin dördüncü sədri Con Marşalın[2] şərəfinə adlandırılıb.
Marşal Universiteti | |
---|---|
Marshall University | |
38°25′30″ şm. e. 82°25′13″ q. u.HGYO | |
Əsası qoyulub | 1837 |
Tələbə sayı | 11.958[1] |
Ölkə | |
Sayt | marshall.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Marshall Universiteti 1837-ci ildə özəl məktəb kimi təsis edilmişdir. İndi universitetin əsas inzibati binası olan Old Main, o zamanlar Virciniya ştatının Hebron kimi tanınan ərazisində tikilmişdir.[3]
30 mart 1838-ci ildə məktəb Virciniya Baş Assambleyası tərəfindən rəsmi olaraq Marşal Akademiyası kimi ayrıldı.[4]
1859-cu ildə Virciniya Baş Assambleyası universitetin adını Marşal Kolleci olaraq dəyişdirdi,[5] lakin bu dəyişiklik hələ də onun əsl kollec statusunu əks etdirmədi.
20 iyun 1863-cü ildə Amerika Vətəndaş müharibəsinin qızğın vaxtında Virciniyadan Qərbi Virciniya ştatı yaratmaq üçün 50 əyalət ayrıldı və kollec yeni ştatın bir hissəsi oldu.
1867-ci ildə Qərbi Virciniya Qanunverici orqanı məktəbi müəllimlər üçün təhsil müəssisəsi kimi canlandırdı və onu Marşal Kollecinin Dövlət Pedaqoji məktəbi adlandırdı.[6]
Beləliklə, kollecin dövlət ali təhsil müəssisəsi kimi tarixi başladı.
Köhnə Əsas kampus istisna olmaqla, binaların və kollecin genişləndirilməsi 1907-ci ildə başladı. Bu dəyişiklər Qərbi Virciniya Müdirlər Şurası sədrlik edən iclasda vəzifənin adını "Direktor"dan "Prezident"ə dəyişdikdə və kollec səviyyəsində yeni şöbələrin yaradılmasına icazə veriləndən sonra oldu.[5] Həmin dövrdə tələbə qəbulu 1000 nəfəri ötmüşdü.[7]
Kollec ilk dəfə 1920-ci ildə dörd illik dərəcələr təklif etməyə başladı.
Qərbi Virciniya Təhsil Şurası 1938-ci ildə Marşall Kollecinə altı proqram üzrə magistr dərəcələri təklif etməyə icazə verdi: Kimya, Elm, Tarix, Politologiya, Psixologiya və Sosiologiya. Elə həmin il kollec "universitet səviyyəli müəssisə" kimi akkreditə olundu. İkinci Dünya Müharibəsindən sonra genişlənmə daha da sürətləndi.[8]
1961-ci ildə Qərbi Virciniya Qanunverici orqanı kolleci universitet statusuna yüksəltdi və bununla da Marşall Universiteti yarandı.[9]
2021-ci ildə Marşal Universiteti Çarlstondakı Yeager Hava Limanında Bill Noe Uçuş Məktəbini açdı. Bill Noe Uçuş Məktəbi Tədris korpusu, anqar və Təyyarə parkını əhatə edir.
Aviasiya məktəbi iki bakalavr proqramı təklif edir:
Bu proqramlar 2021-ci ilin payızından başlayaraq tələbələri qəbul etməyə başladı və gələcəkdə əlavə proqramlarin olunmağı nəzərdə tutulur.[10]
Tələbələrin demək olar ki, 90%-ı universitetdən maliyyə yardımı alır.[11]
Marşal Universiteti bakalavr, magistr, doktarantura proqramları təklif edir.[11]
Universitetdə voleybol, üzgüçülük və suya tullanma, tennis, yüngül atletika, futbol, beysbol, basketbol, kross və qolf idman komandaları fəaliyyət göstərir.