Marşal itburnu

Rusiyada (Dağıstan, Aşağı Don), Gürcüstanda (Kayşauri) təbii arealı vardır.

Marşal itburnu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Marşal itburnu
Beynəlxalq elmi adı

Ümumi yayılması:[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yаyılması:[redaktə | mənbəni redaktə et]

Quba, Xəzər ovalığı, Naxçıvan MR-ın dağ və düzənliyində, Lənkəran düzənliklərində, meşə kənarları və kol cəngəlliyində rast gəlinir.

Statusu:[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitkisidir. VU D2.

Bitdiyi yеr:[redaktə | mənbəni redaktə et]

Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə daşlıqayalı quru yamaclarda yayılmışdır.

Тəbii ehtiyatı:[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dar bir arealda yayılmışdır.

Bioloji xüsusiyyətləri:[redaktə | mənbəni redaktə et]

Təbiətdə hündürlüyü 90-120 sm-ə qədər оrtаboylu kollardır. Qopartikanı iri, oraqvаrı əyilmiş və ya düzdür, tək-tək bəzən 2-2 оlur. Yаrpаqlаrı 7-9 ədəd tərs yumurtavarıdan dаr ellipsşəkilliyə qədər 20-25 mm uzunluqda, 10-15 mm enində, üstdən çılpaq, alt tərəfdən qısa tüklə və oturaq vəziciklərlə sıx örtülü, kənarı ikiqat mişardişli yarpaqcıqlardan ibarətdir. Yarpaqaltlığı yaxşı inkişaf etmişdir. Ləçəkləri 15-18 mm uzunluqda ağdır. Meyvəsi enli ovalşəkilli, çılpaq və ya qaidə hissəsi dağınıq vəziciklidir. İyun və iyul aylarında çiçək açır.

Çoxalması:[redaktə | mənbəni redaktə et]

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbələri:[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilmə:[redaktə | mənbəni redaktə et]

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri:[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbirləri tərtib edilməmişdir.

Zəruri qoruma tədbirləri:[redaktə | mənbəni redaktə et]

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi zəruridir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Деревья и кустарники СССР. т.3.1954;
  • Флора Азербайджана. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Красная Книга СССР. 1984; Azərbaycanın “Qırmızı Kitabı” 1989;
  • Azər-baycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008;
  • Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  2. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

http://dendrary.in-baku.com/?page_id=112 Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine

  1. The Plant List (ing.). 2010.