Marağa Fosil Sahəsi — 1840-cı ildə rus tədqiqatçısı tərəfindən aşkar edilən, İranın Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində yerləşən 7–12 milyon il öncəyə aid olan heyvan qalıqları sahəsi.[1]
Marağa fosil sahəsində ümumilikdə 1500 kvadratmetr qazıntı işləri aparılıb, ərazidəki beş fosil sahəsindən 1330 fosil parçası aşkar edilərək müəyyənləşdirilib və 370 detal arxivə göndərilib. Marağa fosil sahəsi 40 min hektardan çox çox ərazini əhatə edir və 1026 hektarı Marağanın milli və təbii fosil abidəsi kimi sənədləşdirilib.[2]
Maraghe'nin fosil sahəsi, dünyanın elmi icmaları tərəfindən illər əvvəl diqqət yetirilən məməlilərin fosillərinə görə dünyanın bənzərsiz yerlərindən biridir.[3][4]
Fosil bölgəsinin əhəmiyyətinə görə bu şəhərdə 15 il öncə Fosil Tədqiqat Mərkəzi və bir muzeyin inşası başlayıb lakin hələ bu layihələ başa çatmayıb.[1]