Marağa sabunu

Marağa sabunuCənubi Azərbaycanın Marağa şəhərində düzəldilən sünnəti (ənənəvi) bir sabun adıdır ki, Marağada ənənəvi və yarı-sənaye üsullarıyla hazırlanır. Bu sabun çox vaxt sarı rəngdə olur və dərinin təravətli qalması və sağlamlığı üçün çox faydalıdır.

Deyilənlərə görə, 150 ildən çoxdur ki bu sabun düzəldilir. Azərbaycanın eşiyində də adlımdır (məşhurdur) və satılır. İstehsalında heyvan piyi və kostik sodadan istifadə olunur.

Marağa sabunu necə düzəlinir?

[redaktə | mənbəni redaktə et]

Marağa sabunu qoyun quyruğu və natrium hidroksiddən (acışdıran sudan) düzəlinir, və yeni kimyəvi maddənin qatılmamağına görə dəriyə zərərli deyil.

Marağa sabunu sarı boyasından əlavə, ağ və qara boyasında da düzəlinir. Sarı və ağ sabunun təkcə boyalarında fərqləri var, ancaq qara Marağa sabunu, materialın artıqlarından düzəldilir və təmizləmə gücü az olur.

Bu sabuna sidr və xına da qatılanda baş qovağının (kəpəyi), saç tökülməsinin qarşısının almaqda yararlıdır və saçın kökünü gücləndirir. Marağa sabununun hazırlanmasında işlədilən xammalı qarışdırıb hazırlamaq üçün 6 saat zaman lazımdır. Bu qarışmış maddənin sabuna çevrilməsi bəzən 3 saat da çəkir.

Verilən saylara görə, Marağa bölgəsində ayda 200 ton Marağa sabunu düzəlir.

Qondarma (saxta) Marağa sabunu

[redaktə | mənbəni redaktə et]

Düzgün standardların olmadığına görə, bir sayı fırıldaqçı təqəlbi və qondarma sabunları düzəldib satırlar və bu iş Marağa sabununun məhəbübitinə zərbə vurub.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]