Maral Şirinova

Maral Şirinova (tam adı: Şirinova Maral İbrahim qızı; d. 1 yanvar 1930, Kortala) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (02.10.2002)[1]

Maral Şirinova
Doğum tarixi
Doğum yeri Kortala, Zaqatala qəzası, (hazırda Balakən), Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi
Vəfat yeri Balakən Kortala
Vəfat səbəbi Ürək tutması
Dəfn yeri Balakən Kortala
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti tütünçü
Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1949
"Lenin" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

1930-ci il yanvarın 1-də Azərbaycan SSR-in Zaqatala qəzasının Kortala kəndində (hazırda Balakən rayonunda kənd) Nəsiblər nəslində anadan olub. 2010 cu ildə 80 yaşında vəfat edib

1952-ci ildə Şəki Pedaqoji Texnikumunu bitirmişdir.

1945-1950-ci illərdə Balakən rayonunun "Kommunizm" kolxozunun manqabaşı olmuşdu. 1948-ci ildə “Trapezond” sortu üzrə 3 hektar sahədə hər hektardan 25,2 sentner tütün məhsulu alıb.

Maral Şirinova həmçinin, Azərbaycanın ictimai həyatında da fəal iştirak etmişdir. 1952-ci ildən orta məktəbdə müəllim işləmişdir. 1967-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, 1968 və 1978-ci illərdə müəllimlərin Ümumittifaq qurultayının nümayəndəsi olmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

1949-ci il 1 iyul tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, 1948-ci ildə yüksək tütün məhsulu topladığına görə Şirinova Maral İbrahim qızı Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, Lenin ordeni"Oraq və Çəkic" qızıl medalları təqdim olunmuşdur.

Azərbaycanın elm və təhsil sahəsində böyük xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 11 iyun 2002-ci il tarixli Fərmanına uyğun olaraq 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". «LegalActs» LLC (az.). legalacts.az. 02.10.2002. 2016-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-13.